Məktəblilər üçün yeni metodik vəsaitlər istifadəyə verildi - FOTO

Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) müəllimlər üçün oxu tədrisini dəstəkləyən, müasir pedaqoji yanaşmalara əsaslanan bir sıra metodik vəsaitlər hazırlayıb.

Təhsil İnstitutundan Bizim.Media-ya bildirilib ki, həmin metodik vəsaitlərdən ikisi artıq institut tərəfindən Azərbaycan dilinə tərcümə edilərək yerli kontekstə uyğunlaşdırılıb. 

Bu vəsaitlər şagirdlərə oxuyub-anlama bacarığının mərhələli formalaşdırılması, ənənəvi və rəqəmsal mətnlərlə iş bacarıqlarının inkişafı, dərsdaxili oxu fəaliyyətlərinin daha məqsədli və səmərəli qurulması istiqamətləri üzrə praktik dəstək verməyi hədəfləyir.

Uyğunlaşdırılmış bu iki metodik vəsaitlə bağlı ətraflı məlumatı təqdim edirik:


Şagirdlərdə oxuyub-anlama bacarıqlarının formalaşdırılması: Müəllimlər şagirdlərin oxuyub-anlama bacarıqlarını formalaşdırarkən müxtəlif prinsiplərdən, strategiyalardan, sinif tapşırıqlarından və köməkçi vasitələrdən istifadə edirlər. Bu metodik vəsait müəllimlər üçün bu istiqamətdə faydalı olacaq.

Belə ki, bu metodik vəsait oxuyub-anlama bacarığını tədris etmək üçün 5 əsas prinsipdən, 7 əsas oxu strategiyasından, PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatında istifadə olunmuş bir mətn əsasında hazırlanmış sinif tapşırığından və müəllimlərə kömək etmək üçün tövsiyələrdən bəhs edir.

Şagirdlərdə rəqəmsal mətnləri oxuyub-anlama bacarığının formalaşdırılması: Kitab oxumaqla yanaşı, şagirdlər rəqəmsal texnologiyalar və internet vasitəsilə təqdim olunan müxtəlif növ rəqəmsal mətnlərdən də məlumat əldə edirlər.

Rəqəmsal mətnləri oxuyub-anlamaq vacib bir bacarıqdır.

Bu metodik vəsait PIRLS 2021 (Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatı) məlumatlarından istifadə edir və rəqəmsal mətnləri oxuyub-anlama bacarığının formalaşdırılması üçün əsas prinsipləri real sinif nümunələri vasitəsilə izah edir.

Qeyd edək ki, yaxın günlərdə bu metodik vəsaitlərə dair müxtəlif istiqamətləri əhatə edən izahedici paylaşımlar ictimaiyyətə təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO