Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, motosikletlə “Renault” markalı avtomobilin toqquşması nəticəsində motosikletin sürücüsü ağır dərəcəli bədən xəsarətləri alıb və huşsuz vəziyyətdə təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.
Əraziyə dərhal Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.



Bizim.Media