Müğənni Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama: "Pulu borc vermişəm"

Sabunçu rayonu, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həbsdə olan keçmiş baş həkimi Rauf İsfəndiyarovun köməkçisi Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir i, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə müğənni Dəniz Əsədova ifadə verib.
 

Müğənni ifadəsində bildirib ki, təqsirləndiriləni Bəxtiyar adlı şəxsin vasitəsilə tanıyıb. Onun sözlərinə görə, Məhərrəm Məhərrəmov və Əfsanə Məmmədov onun işi üzrə ifadə verərək guya əlillik dərəcəsinin düzəldilməsi üçün ondan pul alındığını iddia ediblər.


Dəniz Əsədova qeyd edib ki, həmin məbləği əslində Mehparə Kazımova alıb və o, Məhərrəm Məhərrəmovu tanımayıb. Müğənni əlavə edib ki, Məhərrəm Məhərrəmovun əlillik dərəcələrinin düzəldilməsi ilə məşğul olması barədə məlumatı yoxdur.

İfadələr arasında ziddiyyət yarandığı üçün Dəniz Əsədovanın ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə elan edilib. O, istintaqdakı ifadəsində əlillik dərəcəsinin düzəldilməsi üçün alınan pulları Rauf İsfəndiyarova çatdırdığını bildirib.

Lakin məhkəmə iclasında Dəniz Əsədova ilkin ifadəsini dəyişərək həmin məbləği borc kimi verdiyini deyib.

Məhkəmə prosesinin növbəti iclası fevralın 28-də davam etdiriləcək.

Qeyd edək ki, Sabunçu rayonu, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həbsdə olan keçmiş baş həkimi Rauf İsfəndiyarovun köməkçisi Məhərrəm Məhərrəmov cinayət məsuliyyətinə cəlb edilib.
 

İttihama görə, Məhərrəm Məhərrəmov Rauf İsfəndiyarovla müraciət edən şəxslər arasında "körpü" rolunu oynayıb. Həmin şəxslər əlillik dərəcəsi, sosial müavinət və digər sosial təminatlar almaq məqsədilə onun vasitəsilə baş həkimə rüşvət veriblər.


Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 32.5 və 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri və digər maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində məhkəməyədək həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO