Yanvarın 22-də Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonu M.Şərifzadə küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Qobustan qəsəbəsi ərazisində qaz xətlərinin yerinin dəyişdirilməsi, eləcə də Yasamal rayonu M.Şərifzadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə sabah 10:00-dan etibarən bəzi ərazilərə qazın verilişi dayandırılacaq. İşlər başa çatdırıldıqdan sonra qaz təchizatı bərpa olunacaq.
Bizim.Media