2 nəfərin 3 milyon manatını mənimsəyən şəxsin məhkəməsi başladı

Bakıda iki nəfərə qarşı dələduzluq edərək onların külli miqdarda pulunu mənimsəyən Zaur Mövlamovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin məhkəməyə təqdim etdiyi mülki iddia icraata götürülüb

Daha sonra prokuror təqsirləndirilənə ittiham aktını elan edib. İttihama görə, Zaur Mövlamov tanışı Nizami Həsənovla birlikdə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü Musa Əliyevə tütün məmulatlarının ölkə ərazisinə idxalını və satışını təşkil edən şəxs kimi təqdim edib.

Ona məşğul olduğu biznes fəaliyyətinə sərmayə yatıracağı təqdirdə eldə etdiyi gəlirdən pay ayıracağına dair yalan vəd verib. Daha sonra Musa Əliyevdən ayrı-ayrı vaxtlarda ümumilikdə 110 340 manat pulunu alıb. Vədinə əməl etməyərək həmin məbləği ələ keçirib.
 

Araşdırmalarla məlum olub ki, Zaur Mövlamov tanışı Nizami Həsənovla birlikdə onun əmlakını ələ keçirmək məqsədilə özünü Rasim Aslanova tütün məmulatlarının ölkə ərazisinə idxalını və satışını təşkil edən şəxs kimi təqdim edib. Rasim Aslanova məşğul olduğu biznes fəaliyyətinə sərmayə yatıracağı təqdirdə əldə etdiyi gəlirdən pay ayıracağına dair yalan vəd verərək Rasim Əliyevdən 2022-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına qədər olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 2 430 490 manat alaraq dələduzluq yolu ilə ələ keçirib.


İstintaq orqanı tərəfindən Zaur Mövlamovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Zaur Mövlamov ittihamla özünü təqsirli bilməyib.

O, cari mərhələdə ifadə verməyə hazır olmadığını, vəkili ilə məsləhətləşəndən sonra növbəti iclasda ifadə verəcəyini söyləyib.

Proses fevralın 13-də davam edəcək.

Qeyd edək ki, cinayət işində adı keçən Nizami Həsənovun barəsində cinayət işi üzrə icraata Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən, bəraətverici əsaslar olmadan xitam verilib.


Xatırladaq ki, Zaur Mövlamov əvvəllər hüquq-mühafizə orqanlarında işləyib. Sonradan o öz ərizəsi ilə işdən azad olunub.

Zaur Mövlamovun barəsində isə həbs qətimkan tədbiri seçilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

“Turan Tovuz” “Qəbələ”yə qarşı

“Turan Tovuz” “Qəbələ”yə qarşı

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Hövsanda müəllim qətlə yetirildi

Hövsanda müəllim qətlə yetirildi

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

21 Mart Beynəlxalq Novruz Günüdür

21 Mart Beynəlxalq Novruz Günüdür

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

End of content

No more pages to load

RADİO