Ucarda 4 otaqlı ev yanaraq külə dönüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qazyan kəndində, 1962-ci il təvəllüdlü kənd sakini Xəlilova Zəminə Əli qızına məxsus olan ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı evdə qeydə alınıb.
Alov qısa müddətdə evin hər tərəfini bürüyüb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, ev içindəki əşyalarla birlikdə yanaraq külə dönüb.
Kənd sakinlərinin sözlərinə görə, ev sahibi Bakıda yaşayır. Bir müddət əvvəl evi bağlayaraq başqa yerə köçüb.
Hadisə yerinə FHN-nin Ucar yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Alov ram edilib və ətraf tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.




Bizim.Media, Aran bürosu