"Karqo Şamil"in görünməyən üzü... - FOTO

Müasir iş dünyasında şəffaflıq və ictimai hesabatlılıq uğurun əsas meyarlarından biri sayılır. Lakin bəzən böyük biznes imperiyalarının rəhbərləri bu prinsiplərlə deyil, qapalı idarəçilik və tənqidə qarşı sərt dözümsüz davranışları ilə gündəmə gəlirlər. Bu sahədə adı ən çox hallanan şəxslərdən biri də Azərbaycanın yükdaşıma və tikinti sahəsində geniş şəbəkəyə malik olduğu deyilən, ictimaiyyət arasında "Karqo Şamil" kimi tanınan iş adamı Şamil Heydərovdur.
 

Xüsusilə, vaxtilə Ramiz Mehdiyevin siyasi nomenklaturasının "inkubatorunda" yetişən və onun himayəsi ilə böyük biznes rıçaqlarına sahiblənən Şamil Heydərov tənqidi özünə hələ də təhdid kimi görür. Onun mediaya qarşı aqressiv dözümsüzlüyü isə bir daha onu göstərir ki, Şamil Heydərov hələ də mənsub olduğu Ramiz Mehdiyevdən qalmış köhnə və qeyri-şəffaf idarəçilik sisteminin genetik kodlarından uzaqlaşa bilmir.


Bizim.Media xəbər verir ki, indi Azərbaycanda bütün sahələrdə olduğu kimi, biznes sektorunda da hesabatlılıq mədəniyyət göstəricisinə çevrilib.

Ancaq özünü hələ də "toxunulmaz" hesab edən Şamil Heydərov nədənsə bu reallığı qəbul etmək istəmir. Onun fəaliyyət modelində şəffaflıq və sağlam tənqidə dözümlülük yox, Ramiz Mehdiyev kimi medianı hədələmək yolunun üfüqü tutulur. Bu, heç də təsadüfi deyil. Çünki bu, Ramiz Mehdiyev dövrünün kölgəsində boy atmış və hələ də onun himayəsinə arxalanaraq "toxunulmazlıq zirehinə" bürünən köhnə təfəkkürün qalıqlarıdır. Ramiz Mehdiyev kimi Şamil Heydərov da ölkəmizin şəffaflıq islahatları ilə barışmaq istəmir, əksinə, keçmişin "qaranlıq dəhlizində" nəfəs alır.

Bu gün Şamil Heydərovun inşa etdirdiyi binaların onlarla sakini sözügedən evlərdən yığılan pulların qeyri-şəffaf xərclənməsindən, burada göstərilən xidmət keyfiyyətlərinin çox aşağı səviyyədə olmasından şikayətçidir. İş adamı vaxtilə həmin binalardan sakinlərə baha qiymətə evlər satarkən, vətəndaşlara "rahat həyat" vədləri vermişdi.
 

Belə vətəndaşlardan olan Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən binanın sakinləri deyir ki, yağışlı havalarda binanın qarajını su basır, ərazidə hərəkət etmək çətinləşir. Binaya cavabdeh olan şəxslər isə problemin aradan qaldırılması üçün lazımi addımlar atmaq istəmirlər. İllərdir davam edən bu cür problemlər sakinlərin səbr kasasını daşdırıb, onlar nəhayət üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün kütləvi şəkildə Demokrat.az-a müraciət edirlər...


2009-cu ildə sakinlərin böyük ümidlərlə köçdüyü bu çoxmərtəbəli binada hazırda xaotik mənzərə yaşanır. Sakinlərin sözlərinə görə, sözügedən bina Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllimi, “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərova məxsus “İdeal” MTK tərəfindən 2009-cu ildə inşa edilib. Binada yerləşən ticarət obyektləri də elə Şamil Heydərova məxsusdur.

Sakinlərin sözlərinə görə, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən və 500-dən çox sakinin yaşadığı binada hər ay orta hesabla hər bir sakindən 100 manata yaxın pul yığılır. Ayda 50 min, ildə 600 mindən çox bu vəsait nəhəng büdcə deməkdir. Bu vəsaitin hara xərcləndiyi isə bəlli deyil. Sakinlər hər ay bu qədər ödəniş etsələr də, qarşılığında nə xidmət görürlər, nə də şəffaf hesabat. Bu, insanların etibarından sui-istifadə edərək, qurulan qeyri-şəffaf fəaliyyətin çılpaq mənzərəsidir. İş adamı Şamil Heydərov isə hələ də sakinlərə yığılan pulların hesabatını vermək istəmir.
 

İş adamı həmin binaya təyin etdiyi nümayəndəsi, “komendat” kimi fəaliyyət göstərən Sahib adlı şəxs də illərdir ona edilən müraciətlərə, şikayətlərə etinasız yanaşır, ona görə də indiyədək həmin binada problemlər həllini tapmayıb. Sakinlərin haqlı etirazları da məhz “İdeal” MTK-nın sahibi Şamil Heydərovun onların taleyinə qarşı olan nümayişkaranə etinasızlığının real təzahürüdür.


Bu məsələ ilə bağlı Demokrat.az peşəkar media olaraq, hər zaman vətəndaşlardan gələn müraciətlər işıqlandırır və sakinlərin səsini cəmiyyətə çatdırır. Eyni zamanda bütün tərəflərin mövqeyini də obyektiv formada saytımızda yayımlayırıq. İndi isə növbə qanunlarındır.

Şamil Heydərovun illərdir sığındığı Ramiz Mehdiyevin himayəsindəki "toxunulmazlıq" mifologiyası artıq dağılmalıdır. Heç bir biznes marağı vətəndaşın haqqından və dövlətimizin sarsılmaz qanunlarından üstün ola bilməz. Şamil Heydərov həm söz verdiyi sakinlər, həm də qanunlar qarşısında cavab verməyə borcludur! (Mənbə: Demokrat.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “ABŞ-dan başqa heç bir dövlət Qrenlandiyanın təhlükəsizliyini təmin edə bilməz”

Tramp: “ABŞ-dan başqa heç bir dövlət Qrenlandiyanın təhlükəsizliyini təmin edə bilməz”

İcra başçısı müavinlərini, köməkçisini, baş mühasibi və memarı vəzifələrindən AZAD ETDİ

İcra başçısı müavinlərini, köməkçisini, baş mühasibi və memarı vəzifələrindən AZAD ETDİ

"Real"ın tarixinə düşdü

"Real"ın tarixinə düşdü

Ağcabədidə 10 kiloqramdan çox narkotik AŞKARLANDI - FOTO

Ağcabədidə 10 kiloqramdan çox narkotik AŞKARLANDI - FOTO

Paytaxtın bəzi yerlərində TIXAC VAR - FOTO

Paytaxtın bəzi yerlərində TIXAC VAR - FOTO

Rusiyalı generalı qətlə yetirən erməniyə AĞIR CƏZA

Rusiyalı generalı qətlə yetirən erməniyə AĞIR CƏZA

“Karvan-Yevlax” üç futbolçu ilə YOLLARINI AYIRDI

“Karvan-Yevlax” üç futbolçu ilə YOLLARINI AYIRDI

Xankəndidə TARİXİ GÜN – Onlar doğma yurdlarına qovuşdu – VİDEO

Xankəndidə TARİXİ GÜN – Onlar doğma yurdlarına qovuşdu – VİDEO

Əllər niyə üşüyür? – Səbəbləri açıqlandı

Əllər niyə üşüyür? – Səbəbləri açıqlandı

Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir? - ARAŞDIRMA

Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir? - ARAŞDIRMA

Qazaxıstandan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ BƏYANAT

Qazaxıstandan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ BƏYANAT

Sülh Şurasına indiyədək neçə dünya lideri daxil olub? - Ağ Evdən AÇIQLAMA

Sülh Şurasına indiyədək neçə dünya lideri daxil olub? - Ağ Evdən AÇIQLAMA

Timoşenkonun əmlakına həbs qoyuldu

Timoşenkonun əmlakına həbs qoyuldu

Çinin 16 hərbi yük təyyarəsi İrana endi: Nə daşınır?

Çinin 16 hərbi yük təyyarəsi İrana endi: Nə daşınır?

Ukrayna Azərbaycana təşəkkür etdi

Ukrayna Azərbaycana təşəkkür etdi

Satıcının almasını aparan Samir Bədəlov: “Bir də belə hala yol verməyəcəm”

Satıcının almasını aparan Samir Bədəlov: “Bir də belə hala yol verməyəcəm”

Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü TUTULDU

Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü TUTULDU

2 nəfərin 3 milyon manatını mənimsəyən şəxsin məhkəməsi başladı

2 nəfərin 3 milyon manatını mənimsəyən şəxsin məhkəməsi başladı

Populyar arıqlama çayları ilə bağlı TƏHLÜKƏ – Ana olmaq istəyən qadınlara XƏBƏRDARLIQ

Populyar arıqlama çayları ilə bağlı TƏHLÜKƏ – Ana olmaq istəyən qadınlara XƏBƏRDARLIQ

Ucarda ev yanaraq külə döndü – FOTO/VİDEO

Ucarda ev yanaraq külə döndü – FOTO/VİDEO

Qızının hamiləlik paylaşımından danışdı – FOTO

Qızının hamiləlik paylaşımından danışdı – FOTO

Solovyovun oğlu ərə getdi – FOTO

Solovyovun oğlu ərə getdi – FOTO

Rüfət Abbasov Kipr klubunun TRANSFER HƏDƏFİNDƏ

Rüfət Abbasov Kipr klubunun TRANSFER HƏDƏFİNDƏ

Bu pensiyalar 53 manat artırılır

Bu pensiyalar 53 manat artırılır

End of content

No more pages to load

RADİO