Abituriyentlərin DİQQƏTİNƏ – Ədəbiyyat və tarix qəbul imtahanından ÇIXARILIR?

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyasında mədəniyyətin tədris prosesinin tərkib hissəsinə çevrilməsi, Azərbaycan mədəniyyətinə və dəyərlərinə dair fənn və biliklərin olunması nəzərdə tutulub.
 

Həmçinin bəzi fikirlərə görə isə incəsənət, tarix və ədəbiyyat fənləri birləşərək "mədəniyyət fənni" kimi tədris olunacaq.


Bu fikir maraqlı müzakirələrə səbəb olub. Xüsusilə abituriyentlər və gələcək illərdə imtahan verəcək şagirdlər üçün sual yaranır: əgər tarix və ədəbiyyat fənləri mədəniyyət fənninə daxil edilərsə, qəbul imtahanları necə təşkil olunacaq?

Başqa sözlə, ədəbiyyat və tarix fənnləri qəbul prosesindən çıxarıla bilərmi?

Bizim.Media mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib. O deyir ki, ədəbiyyat və tarix fənlərinin qəbul imtahanından çıxarılması hazırda nəzərdə tutulmur.

Ekspert mədəniyyət fənninin necə tədris olunacağı barədə də danışıb:

"Mədəniyyət fənni ədəbiyyatı, incəsənəti, tarixi özündə əks etdirəcək. Bu, o demək deyil ki, ədəbiyyat və ya tarix bütünlüklə bu fənnə daxil ediləcək.
 

Məsələn, tarixi abidələr, mədəni ədiblər, yazıçılar, dastanlar həmin dərsliklərdən çıxarılıb, mədəniyyət dərsliyində tədris ediləcək. Bunun üçün dərsliklər, kadrlar hazırlanmalıdır, ona görə də hazırda tədrisi mümkün deyil. 2026-2027-ci tədris ilindən müvafiq olaraq mərhələli şəkildə tətbiq olunacaq.


Ondan sonra isə əgər  qəbul imtahan modelində hər hansı bir dəyişiklik edilərsə, mədəniyyət fənni tətbiq edilə bilər Məsələn, hansı mövzuların ədəbiyyatdan, tarixdən çıxarılıb mədəniyyət fənni imtahanına salınacağı müəyyənləşdirilə bilər".

Elçin Əfəndi yaradılacaq mədəniyyət fənnini  təbiət fənniylə müqayisə edib:

"2 il öncə təbiət fənni tədrisə başladı. Fizika, biologiya fənləri həmin fənnin adı altında tədris olunur. Onları tədris edən də elə həmin fənlərin müəllimləridir. Təbiət fənni qəbul imtahanına salınmayıb, fizika və biologiya üzrə ayrıca imtahanlar keçirilir. Mədəniyyət fənni yaradılsa, ədəbiyyat və tarix fənləri də belə olacaq",-deyə Elçin Əfəndi qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO