Bakıda biznesmenin yarım milyon manatdan çox pulu mənimsənildi - TƏFƏRRÜAT

Bakıda biznesmenə qarşı yarım milyon manatdan çox pul mənimsənilib.

Bizim.Media xəbər verir ki, Masallı rayon sakini Zaur İbadovun oğlu Sənana dostu ilə biznes qurmaq üçün 575 min manat verib. Sənan da atasından aldığı həmin məbləği iş qurmaq üçün tanışı Emin Abbasova verib.
 

Emin isə iş görmək əvəzinə həmin məbləği mənimsəyib. Bundan sonra Zaur İbadov dələduzluqla üzləşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Emin Abbasovun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

İstintaq dövründə təqsirləndirilən şəxs mənimsədiyi 575 min manatdan 420 min manat ödədiyi üçün Emin Abbasovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Zaur İbadovun özü də yükdaşıma biznesi ilə məşğuldur.

Emin Abbasovun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, özünü ittiham üzrə qismən təqsirli bilib.

Daha sonra ifadə verən zərərçəkmiş Zaur İbadov ifadə verib. O bildirib ki, iki oğlu var, hər ikisi tələbədir, buna görə də oğlanları onun şirkətində rəsmi olaraq işləmirlər:

"Mən şirkətimi özüm qurmuşam, ailə biznesdir. Bir gün oğlum Sənan biznes işi ilə məşğul olmaq istədiyini, buna görə də bu işi görmək üçün maliyyə lazım olduğunu dedi.
 

Onun yaşında mən də bizneslə məşğul olmağa başladığım üçün ona dəstək olmaq istədim. Daha sonra Sənanın haqqında danışdığı Emin və onun ailəsi ilə maraqlandım. Qarşı tərəfin də maddi durumlarının yaxşı olduğunu görəndə rahat oldum. Oğlum mənim xəbərim olmaq şərti ilə Eminə 675 min manat verdi.


Daha sonra gəlirin olmadığını, pulun gəlmədiyini gördük. Buna görə də görüşdük. Görüş zamanı Emin narahat idi. Orada pulla bağlı mübahisələrimiz oldu. Axırda Emin 675 min yox, 575 min manat aldığını dedi.

Mən də pulu almaq üçün 100 min manat pulumdan keçdim ki, etiraf etdikləri məbləği ala bilim. Emin də 575 min manatı verəcəyini dedi. Bundan sonra 100 min manat verdilər".

Zərərçəkmiş qeyd edib ki, sonradan Emin Abbasovun pulu qalan hissəsini verməkdən yayındığını görüb və buna görə də şikayət edib. İstintaq dövründə də ödəniş olduğunu deyən zərərçəkmiş təqsirləndirilən şəxs tərəfindən ona 155 min manat borcunun qaldığını deyib.

Növbəti proses fevralın 18-də davam edəcək. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

“Turan Tovuz” “Qəbələ”yə qarşı

“Turan Tovuz” “Qəbələ”yə qarşı

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Hövsanda müəllim qətlə yetirildi

Hövsanda müəllim qətlə yetirildi

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

21 Mart Beynəlxalq Novruz Günüdür

21 Mart Beynəlxalq Novruz Günüdür

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

End of content

No more pages to load

RADİO