Milli-mənəvi dəyərlər ÇƏRÇİVƏSİ - Hansı paylaşımlara görə cərimə tətbiq ediləcək?

Milli Məclisdə üç oxunuşdan sonra qəbul edilən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna edilən dəyişikliyi ötən həftə Prezident təsdiqləyib.

Sənədə görə, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.
 

Qanunverici orqanda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanlıq hesab ediləcək. Yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə 50 manatdan 100 manatadək məbləğdə cərimə ediləcək.


Həmçinin, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 30 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Lakin cəmiyyətə aydın olmayan məqamlar var. Onlar ictimai mənəviyyat, hansı davranışların cəmiyyətə hörmətsizlik hesab edilməsi, milli-mənəvi dəyərlər deyəndə konkret nələrdən söhbət getdiyini bilmirlər.

Əgər bu haqda qanun varsa, hətta qadağa və cərimələr müəyyən olunubsa, o zaman riayət edilməli olanların siyahısı aydın olmalıdır.

Misal üçün,  milli-mənəvi dəyərlər müəyyənləşibmi? Nələr milli -mənəvi dəyər hesab edilir?

Mövzuya münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bizim.Media-ya bildirib ki, həqiqətən bu məsələdə bir hüquqi izah olmalıdır:
 

“Çünki milli-mənəvi dəyər çoxşaxəli anlayışdır. Bəzən bunun açılışında subyektivizmə də yol verilir. Məsələn, bu yaxınlarda “Məhsəti” filmi ilə bağlı onu xarakterizə edərkən milli-mənəvi dəyərlərimizə qarşı ifadəsi işlənəndə bunu Məhsətinin şəxsiyyətinə də aid elədilər. Halbuki Məhsətinin şəxsiyyəti bizim milli-mənəvi dəyər kateqoriyasına aid edilə bilməz. Məchul bir şəxsiyyətdir və onun hansısa bir şəkildə nə irsi, nə üzünün real varlığı dəqiq müəyyən deyilsə, onu necə milli-mənəvi dəyər hesab edə bilərik?! Bu cür şərh olundusa, onda demək ki, bu, istənilən vaxt uzurpasiyaya yol aça bilər və şəxslərin konkret məsələlərdə əsassız günahlandırılmasına gətirib çıxara bilər. Ona görə də belə məsələlər dərin və geniş izahı verilməlidir və hansı kateqoriyaya aid edildiyi göstərilməlidir”.


Qeyd edək ki, bu yaxınlarda rejissor Suad Qarayevanın Məhsəti Gəncəvinin həyatından bəhs edən qısametrajlı filmi müzakirələrə səbəb olmuşdu. Cəmiyyətdə gedən müzakirələrə görə, şairin obrazı əxlaqsız formada təqdim edilib ki, burada da cəmiyyətin əxlaqı, mənəvi dəyərləri hədəf alınıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

“Turan Tovuz” “Qəbələ”yə qarşı

“Turan Tovuz” “Qəbələ”yə qarşı

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Hövsanda müəllim qətlə yetirildi

Hövsanda müəllim qətlə yetirildi

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

21 Mart Beynəlxalq Novruz Günüdür

21 Mart Beynəlxalq Novruz Günüdür

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

End of content

No more pages to load

RADİO