Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, hazırda ərazidə yanğınsöndürmə işləri davam etdirilir.
Havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin kifayət qədər texnika və canlı qüvvəsi cəlb olunub.
Bizim.Media