Azərbaycanda qadın telefona görə həyat yoldaşını bıçaqladı

İsmayıllı rayonunda 35 yaşlı qadın ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib.

Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, hadisə 2024-cü ilin oktyabrın 27-də İsmayıllı şəhərində baş verib.
 

1991-ci il təvəllüdlü Təhminə həmin gün saat 8 radələrində yaşadıqları fərdi yaşayış evinin yataq otağında olarkən əri Elməddinlə (adlar şərtidir – red.) mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı Elməddin onun üstünə gələrək, bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri vurub. Sonra o, arxasını ona çevirərək otaqdan çıxmaq istəyib.Bu zaman Təhminə qisas almaq məqsədi ilə yataq otağındakı stolun üstündə olan bıçağı götürüb və bir dəfə ərinin kürək nahiyəsindən vurub.


Hadisəni törədən Təhminənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Təhminə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Elməddin ilə 2015-ci ilin yanvar ayında ailə həyatı qurublar:

“Birgə nigahımızdan 2015-ci il təvəllüdlü Səlim, 2020-ci il təvəllüdlü Mustafa adlı oğullarımız var. Elməddinlə münasibətlərimiz normal olmayıb. Aramızda tez-tez münaqişələr baş verib. Birgə yaşadığımız dövrdə ərim günlərlə evə gəlməyib. Evdə olduğu vaxtlarda isə biz ayrı yatmışıq”.

Təhminənin sözlərinə görə, 2024-cü ilin oktyabrın 26-da, gecə saatlarında Elməddin evə içkili vəziyyətdə gəlib və öz otağına keçərək yatıb:

“Ertəsi gün, səhər saat 7 radələrində Elməddin yuxudan oyandı və məndən özünə məxsus mobil telefonunun harada olmasını soruşdu. Mən telefonu görmədiyimi dedim. Bu zəmində aramızda mübahisə yarandı. Elməddin məndən mobil telefonunu yerinə qoymağımı tələb etdi və yenidən yatdı. Saat 8 radələrində Elməddin durdu və yenidən mobil telefonunu götürdüyümü deyərək mənimlə yenidən mübahisə etməyə başladı.
 

O, məni təpiklə və yumruqla vurdu, nalayiq ifadələrlə təhqir edərək otaqdan çıxmaq istədi. Belə halların mütəmadi olaraq baş verməsindən son dərəcədə əsəbiləşdiyimdən stolun üstündə olan mətbəx bıçağını götürdüm və onun kürəyindən bir dəfə vurdum. Etdiyim hərəkətə görə həyəcanlanaraq ağlamağa başladım. Elməddin isə mənə heç nə demədən getdi. Bir neçə dəqiqə sonra özümə gəldim, bıçağı yuyaraq həyətə atdım. Bir qədər sonra polis əməkdaşları yaşadığım evə gəldi.


İlkin sorğuda etdiyim əməli etiraf etdim. Həyətə atdığım bıçağı taparaq polis şöbəsinə getdim və bıçağı polis əməkdaşlarına təqdim etdim”.

Bu cinayət işinə İsmayıllı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş şəxs ondan şikayətçi olmayıb.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

“Turan Tovuz” “Qəbələ”yə qarşı

“Turan Tovuz” “Qəbələ”yə qarşı

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Hövsanda müəllim qətlə yetirildi

Hövsanda müəllim qətlə yetirildi

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

21 Mart Beynəlxalq Novruz Günüdür

21 Mart Beynəlxalq Novruz Günüdür

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

End of content

No more pages to load

RADİO