Naxçıvanda vətəndaşların üzərinə traktor sürülüb? - Rəsmi cavab – VİDEO

Naxçıvanın Babək rayonunun Payız kəndində içməli və suvarma suyunun olmaması narazılıqlara səbəb olub.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, kəndin bir qrup sakini bu məqsədlə aksiya keçirərək iki ildir kənddə içməli suyun olmadığını, suyu qonşu kəndlərdən əllə daşıdıqlarını bildiriblər. Bunun əkinçilik və maldarlığa ciddi ziyan vurduğunu qeyd ediblər.
 

Vətəndaşlar Babək Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin müdiri Rüstəm Rüstəmova qarşı da ittihamlar səsləndiriblər. Sakinlərin iddiasına görə, şöbə müdiri onların qarşısını kəsmək üçün əraziyə traktorlar göndərib.


Yaranmış problem və ittihamlarla əlaqədar Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, etiraz edənlərin qarşısına traktor çıxarılmayıb, sadəcə sakinlər orada olan traktorun qarşısını kəsiblər:

“Məsələ araşdırılıb. Ərazidə texnikalarımız var idi, 2025-ci ilin sentyabr ayından orada iş gedirdi. Vətəndaşlar da texnikaların qarşısını kəsiblər. Həmin vaxt bizim əməkdaşımız da ərazidə olduğuna görə yanlış anlaşılma yaranıb”.

İdarədən bildirilib ki, 2025-ci ildə Naxçıvan MR ərazisində müşahidə olunan quraq iqlim şəraiti nəticəsində su ehtiyatlarında ciddi azalma baş verib, bu da ümumilikdə içməli su təchizatında çətinliklər yaradıb:

“Hazırda Babək rayonunun Payız kəndi ərazisində də mövcud su azlığı nəzərə alınaraq əhalinin içməli su ilə təmin olunması növbəli qrafik əsasında həyata keçirilir. Mövcud su ehtiyatlarının həcmi fasiləsiz, 24 saatlıq su təchizatını təmin etməyə imkan vermədiyindən su Payız kəndində hər məhəllə üçün gün ərzində 4 saat, Cəhri qəsəbəsi üçün üç gündən bir 4 saat müddətdə verilir. Məlumat üçün bildirək ki, təxminən 1000 nəfər sakini olan Payız kəndində və 10 500 nəfər əhalisi olan Cəhri qəsəbəsində mərkəzləşdirilmiş su şəbəkəsinin olmaması və mövcud suyun azlığı səbəbindən suyun fasiləsiz və geniş həcmdə paylanması texniki baxımdan mümkün deyil.
 

Payız kənd sakinləri tərəfindən daxil olmuş müraciətdə suyun 24 saat ərzində fasiləsiz verilməsi, həmçinin kənd ərazisindən keçən su xətləri və kaptajlardan Cəhri qəsəbəsinə suyun yönləndirilməməsi ilə bağlı tələblər irəli sürülüb. Qeyd edirik ki, hazırkı şəraitdə mövcud su mənbələri üzrə aparılan bölgü yalnız əhalinin minimum tələbatının ödənilməsinə yönəlib və digər yaşayış məntəqələrinin su təchizatının məhdudlaşdırılması hazırda mümkün hesab edilmir”.


İdarədən, həmçinin qeyd olunub ki, ötən ilin sentyabr ayından başlayaraq su təminatını yaxşılaşdırmaq məqsədilə hər iki yaşayış məntəqəsinin su mənbəyi eyni olan Cəhriçayın üzərində yeni kaptajın tikintisi işləri aparılıb, mövcud kaptajlar təmir olunaraq su yığıcılıq qabiliyyəti artırılıb. Mövcud kaptajlardan yaşayış məntəqələrinə qədər olan su xəttində təmizləmə, istismar müddətini başa vuran boruların yenisi ilə əvəz edilməsi və ehtiyac olan hissələrində cari təmir-bərpa işləri görülüb:

“Vətəndaşların suyun verildiyi kaptajlara və xətlərə özbaşına müdaxiləsi nəticəsində su şəbəkəsinə zərər dəyməsi halları müşahidə olunur. Xüsusilə qış fəslində kənd ərazilərində temperaturun aşağı düşməsi səbəbindən bu cür müdaxilələr su xətlərində donmaların baş verməsinə gətirib çıxarır. Qeyd olunan hallar tərəfimizdən daimi nəzarətdə saxlanılır və yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
 

Bununla yanaşı, mövcud su qıtlığı şəraitində vətəndaşların su təchizatı ilə bağlı narazılıqlarına tez-tez rast gəlinir. Daxil olan şikayətlər tərəfimizdən araşdırılır, vətəndaşların müraciətlərinə yerində baxılır, məsələlərin imkan daxilində ən qısa müddətdə həll olunması təmin edilir və əhalinin minimum su tələbatının ödənilməsi əsas prioritet kimi diqqətdə saxlanılır”.


Rəsmi açıqlamada əlavə edilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad və Payız kəndlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinin qurulması ilə bağlı hazırda layihələndirmə işləri davam edir.

Layihə-smeta sənədlərinə ekspertiza rəyi verildikdən sonra mövcud satınalma qaydalarına uyğun olaraq adıçəkilən kəndlərdə mərkəzləşdirilmiş şəbəkənin inşası üçün müvafiq işlər görüləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

“Turan Tovuz” “Qəbələ”yə qarşı

“Turan Tovuz” “Qəbələ”yə qarşı

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Hövsanda müəllim qətlə yetirildi

Hövsanda müəllim qətlə yetirildi

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

21 Mart Beynəlxalq Novruz Günüdür

21 Mart Beynəlxalq Novruz Günüdür

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

End of content

No more pages to load

RADİO