Xəzər Universitetinə yeni prorektor təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo”ya universitetin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ülkər İsayeva Xəzər Universitetinin Elmi işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Ülkər İsayeva bundan əvvəl universitetin İnsan resursları departamentinin rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, Ülkər İsayeva Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızıdır.
Qeyd edək ki, bu barədə ilk məlumatı “Oxu24.com” saytı yayıb.
Bizim.Media