20 Yanvar şəhid ailələri və əlillər üçün hansı İMTİYAZLAR var?

Azərbaycan xalqının tarixinə qəhrəmanlıq rəmzi kimi daxil olmuş Qanlı Yanvar faciəsindən 36 il keçir. Həmin tarixdə Sovet İttifaqı rəhbərlərinin əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna qoşun yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

1990-cı ilin yanvarında Azərbaycan Respublikasının azadlığı, suverenliyi uğrunda şəhid olanların ailə üzvlərinin və hadisə səbəbindən yaralananların sosial müdafiəsi hər zaman diqqət mərkəzində olub. Elə o səbəbdən də onlara bu yöndə bir neçə adda imtiyaz və güzəştlər tətbiq edilir.

Bizim.Media xəbər verir ki, 2006-cı ildə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Hazırda 20 Yanvar hadisələri ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 (altı yüz) manat, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat məbləğində təqaüd müəyyən edilib. 

Həmçinin, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda 700 (yeddi yüz) manat məbləğində “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib.

Təqaüdün məbləği sonuncu dəfə ötən ilin iyununda artırılıb. Təqdim edilən rəqəmlər son qeydə alınan məbləğdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə,  ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil,  20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib. 

Qeyd edilib ki, son 7 il ərzində icra olunan 5 sosial islahat paketi nəticəsində Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün 2,3 dəfə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3,5 dəfə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2,4 dəfə artırılıb.

20 Yanvar əlilləri və şəhid ailələrinin də ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Bundan başqa, hadisə zamanı şəhid olanların ailə üzvlərinə, həmçinin sağlamlıqlarını itirənlərə bir sıra imtiyaz və güzəştlər tətbiq olunur.

Əmək Məcəlləsinə görə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan işçilərə ən azı 46 gün məzuniyyət verilməlidir.

20 Yanvar əlillərinin növbədənkənar telefon çəkdirmək hüququ vardır. Müharibə əlillərinə, onlara bərabər tutulan şəxslərə, 20 Yanvar əlillərinə və digər kateqoriyadan olan I və II qrup əlillərə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan istifadə haqqını ödəmək üçün (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) müavinət verilir. Eyni zamanda, 20 Yanvar əlilləri müəyyən olunmuş qaydada dərman preparatları ilə təmin edilirlər.

Günay Şahmar, Bizim.Media

 

 

 

 

 

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin İran xalqına Novruz mesajı göndərdi

Putin İran xalqına Novruz mesajı göndərdi

O da ARB TV-dən getdi

O da ARB TV-dən getdi

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Problemli kreditlərin həcmi artıb

Problemli kreditlərin həcmi artıb

Bu günün ULDUZ FALI

Bu günün ULDUZ FALI

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Daha bir avtobusda gedişhaqqı artırıldı

Daha bir avtobusda gedişhaqqı artırıldı

Həmədanda zəlzələ olub

Həmədanda zəlzələ olub

Dəhşətli ailə faciəsi – Hamilə qadın və 5 uşağı yanğın zamanı həyatını itirdi - FOTO/VİDEO

Dəhşətli ailə faciəsi – Hamilə qadın və 5 uşağı yanğın zamanı həyatını itirdi - FOTO/VİDEO

Professor Lalə Əlizadə VƏFAT EDİB

Professor Lalə Əlizadə VƏFAT EDİB

Azərbaycan pambıq ipliyi istehsalını artırıb

Azərbaycan pambıq ipliyi istehsalını artırıb

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

“Turan Tovuz” “Qəbələ”yə qarşı

“Turan Tovuz” “Qəbələ”yə qarşı

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Hövsanda müəllim qətlə yetirildi

Hövsanda müəllim qətlə yetirildi

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

End of content

No more pages to load

RADİO