Axşam saatlarından başlayan qar yağışı Cəlilabad–Yardımlı avtomobil yolunda hərəkəti çətinləşdirib, dağlıq ərazilərdə isə yolun bağlanmasına səbəb olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qarın qalınlaşması və buzlaşma nəticəsində bəzi avtomobillər yolda qalıb. Hazırda yolun müəyyən hissələrində yalnız xüsusi təyinatlı və “Niva” tipli avtomobillərin hərəkəti mümkündür.
Qar yağışı rayonun elektrik təsərrüfatına da ziyan vurub. Elektrik xətlərinin sıradan çıxması nəticəsində 50-dən çox kənd işıqsız qalıb. Hazırda fəsadların aradan qaldırılması üçün bərpa işləri aparılır.




Bizim.Media