20 yanvar qurbanlarından Qorbaçovun nəvələrinə sual:Mirasınızın içində günahsız qanımız var…

Azərbaycanın azadlıq mübarizəsinin simvolu olan 20 Yanvar faciəsi xalqımızın yaddaşında həm böyük kədər, həm də sarsılmaz qürur mənbəyi kimi yaşamağa davam edir. 1990-cı ilin həmin qorxunc gecəsində silahsız insanların üzərinə yeridilən sovet ordusu, əslində, bir millətin müstəqillik iradəsini boğmağa çalışsa da, tam əksinə, Azərbaycanın azadlıq yolundakı qətiyyətini bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar təkcə tarix deyil. Bu, xalqın sınandığı, kimin harada dayandığının bəlli olduğu çətin dövrdür.

Bizim.Media xəbər verir ki, taleyin acı ironiyasına baxın ki, 1990-cı ilin o qanlı yanvar gecəsində tankların altında Bakının işığını söndürən, Azərbaycan xalqına azadlığı çox görən Mixail Qorbaçovun nəvələri bu gün Almaniyada lüks həyat yaşayırlar. Bizim İlhamlar, Fərizələr, hələ bığ yeri təzəcə tərləyən məktəblilərimiz o gecə torpağın köksünə əbədi köçərkən, "Qorbaçovun nəvələri" Berlin küçələrində babalarının onlara miras qoyduğu milyonlarla firavan ömür sürürlər. 



Şəhidlərimizin yarımçıq qalmış arzularının qisası bəlkə də elə bundadır ki, gübahsız dinc insanları qan içində qoyanlar tarixin tozlu və nifrət dolu səhifələrinə basdırıldı, onlardan geriyə qalanlar isə öz kimliklərindən qaçaraq yad ölkələrin sığınacağına möhtac qaldılar.

Bu dəhşətli gecənin ən məsum qurbanları olan o uşaqların ruhları, sanki indi dünyanın o tərəfində kədərlə pıçıldayırlar. Onlar hələ oyuncaqlarından doymamış, arzuları yarımçıq qalmış Larisalar və İlqarlardır. Onların ruhu sanki bu sualın ətrafında dolanır. Larisanın yarımçıq qalmış uşaqlığı, İlqarın, İlhamın və Fərizənin qovuşa bilmədikləri sabahları bu gün Qorbaçovun nəslindən bir cavab gözləyir: 

Qatil babanızın əllərindəki qan yalnız tarixin deyil, həm də bizim sönmüş ocaqlarımızın lənətidir.

Bakı küçələrində donub qalmış o məsum ruhlar indi bir sual olub Qorbaçovun nəvələrinin vicdanını döyür: 

Sizin mirasınızın içində bizim qətlə yetirilmiş arzularımız və günahsız qanımız var. Bu ağır yükü daşımağa gücünüz yetəcəkmi?



Həmin çətin dövrdə Mixail Qorbaçovun rəhbərliyi ilə Kremlin soyuq divarları arxasında hazırlanan qanlı ssenari Bakını qan gölünə çevirmişdi. Ancaq hər kəsin sükuta qərq olduğu, qorxunun nəfəsləri kəsdiyi o qaranlıq günlərdə Moskvanın mərkəzində ləyaqətin polad səsi ucaldı. Ulu öndər Heydər Əliyev ölümün gözünə dik baxaraq, Azərbaycanın daimi nümayəndəliyinə gəldi və bu qanlı qətliamın memarlarını bütün dünyanın gözü qarşısında rəzil etdi.

Bu, sadəcə bir bəyanat deyildi, xalqın boğulmaqda olan səsini dünyaya hayqıran bir cəsarətin dastanı idi. Onun "Bu, terrordur, cinayətdir" deyərək dünyaya səslənməsi, 20 Yanvar hadisələrinə verilən ilk siyasi-hüquqi qiymət və böyük cəsarət nümunəsi oldu.

Zülmə qarşı təkbaşına: Moskvadakı ləyaqət səsi… 



 

 

20 yanvar qurbanlarından Qorbaçovun nəvələrinə sual: Mirasınızın içində günahsız qanımız var…

yapikredi.com.az

GÜNDƏM 20 yanvar 2026, 12:43

  •  
  •  
  •  
  •  

Azərbaycanın azadlıq mübarizəsinin simvolu olan 20 Yanvar faciəsi xalqımızın yaddaşında həm böyük kədər, həm də sarsılmaz qürur mənbəyi kimi yaşamağa davam edir. 1990-cı ilin həmin qorxunc gecəsində silahsız insanların üzərinə yeridilən sovet ordusu, əslində, bir millətin müstəqillik iradəsini boğmağa çalışsa da, tam əksinə, Azərbaycanın azadlıq yolundakı qətiyyətini bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar təkcə tarix deyil. Bu, xalqın sınandığı, kimin harada dayandığının bəlli olduğu çətin dövrdür.

Taleyin acı ironiyasına baxın ki, 1990-cı ilin o qanlı yanvar gecəsində tankların altında Bakının işığını söndürən, Azərbaycan xalqına azadlığı çox görən Mixail Qorbaçovun nəvələri bu gün Almaniyada lüks həyat yaşayırlar. Bizim İlhamlar, Fərizələr, hələ bığ yeri təzəcə tərləyən məktəblilərimiz o gecə torpağın köksünə əbədi köçərkən, "Qorbaçovun nəvələri" Berlin küçələrində babalarının onlara miras qoyduğu milyonlarla firavan ömür sürürlər. 



Şəhidlərimizin yarımçıq qalmış arzularının qisası bəlkə də elə bundadır ki, gübahsız dinc insanları qan içində qoyanlar tarixin tozlu və nifrət dolu səhifələrinə basdırıldı, onlardan geriyə qalanlar isə öz kimliklərindən qaçaraq yad ölkələrin sığınacağına möhtac qaldılar.

Bu dəhşətli gecənin ən məsum qurbanları olan o uşaqların ruhları, sanki indi dünyanın o tərəfində kədərlə pıçıldayırlar. Onlar hələ oyuncaqlarından doymamış, arzuları yarımçıq qalmış Larisalar və İlqarlardır. Onların ruhu sanki bu sualın ətrafında dolanır. Larisanın yarımçıq qalmış uşaqlığı, İlqarın, İlhamın və Fərizənin qovuşa bilmədikləri sabahları bu gün Qorbaçovun nəslindən bir cavab gözləyir: 

Qatil babanızın əllərindəki qan yalnız tarixin deyil, həm də bizim sönmüş ocaqlarımızın lənətidir.

Bakı küçələrində donub qalmış o məsum ruhlar indi bir sual olub Qorbaçovun nəvələrinin vicdanını döyür: 

Sizin mirasınızın içində bizim qətlə yetirilmiş arzularımız və günahsız qanımız var. Bu ağır yükü daşımağa gücünüz yetəcəkmi?



Həmin çətin dövrdə Mixail Qorbaçovun rəhbərliyi ilə Kremlin soyuq divarları arxasında hazırlanan qanlı ssenari Bakını qan gölünə çevirmişdi. Ancaq hər kəsin sükuta qərq olduğu, qorxunun nəfəsləri kəsdiyi o qaranlıq günlərdə Moskvanın mərkəzində ləyaqətin polad səsi ucaldı. Ulu öndər Heydər Əliyev ölümün gözünə dik baxaraq, Azərbaycanın daimi nümayəndəliyinə gəldi və bu qanlı qətliamın memarlarını bütün dünyanın gözü qarşısında rəzil etdi. Bu, sadəcə bir bəyanat deyildi, xalqın boğulmaqda olan səsini dünyaya hayqıran bir cəsarətin dastanı idi. Onun "Bu, terrordur, cinayətdir" deyərək dünyaya səslənməsi, 20 Yanvar hadisələrinə verilən ilk siyasi-hüquqi qiymət və böyük cəsarət nümunəsi oldu.

Zülmə qarşı təkbaşına: Moskvadakı ləyaqət səsi… 



Qanlı 20 Yanvar faciəsinin timsalında Azərbaycan xalqı həm də dünyaya sübut etdi ki, azadlıq sevgisi ölümdən güclüdür. Onlar heç bir var-dövlətin satın ala bilməyəcəyi bir mənəviyyat zirvəsidir. Lakin bu fədakarlığın fonunda var-dövləti milli vətənpərvərlikdən üstün tutan, ləyaqət yoxluğundan əziyyət çəkən bir çox 'məşhur' soydaşlarımızın susqunluğunun acı yarası hər zaman bizi incidəcək. Azərbaycanın havası və suyu ilə böyümüş, azərbaycanlıların hesabına varlanmış Abbas Abbasov kimi fürsətcillərin millətin qanlı faciəsindən birdəfəlik üz döndərməsi onu göstərir ki, bu cür adamların cibləri dolduqca vicdanları daha da boşalır. Zamanında xalqın faciəsinə şərik çıxa bilməyənlər hər zaman qorxaq olaraq qalacaqlar. 

20 Yanvar bizim üçün sadəcə təqvimdəki gün yox, qürur, ruhumuzun təmizləndiyi və həm də xəyanətlərin maskasının düşdüyü gündür. Kimin yanımızda, kimin kənardan sadəcə izlədiyini xalqımız əsla unutmayacaq. Çünki şəhidlərimizin ruhu bizi hər yerdə izləyir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin İran xalqına Novruz mesajı göndərdi

Putin İran xalqına Novruz mesajı göndərdi

O da ARB TV-dən getdi

O da ARB TV-dən getdi

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Problemli kreditlərin həcmi artıb

Problemli kreditlərin həcmi artıb

Bu günün ULDUZ FALI

Bu günün ULDUZ FALI

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Daha bir avtobusda gedişhaqqı artırıldı

Daha bir avtobusda gedişhaqqı artırıldı

Həmədanda zəlzələ olub

Həmədanda zəlzələ olub

Dəhşətli ailə faciəsi – Hamilə qadın və 5 uşağı yanğın zamanı həyatını itirdi - FOTO/VİDEO

Dəhşətli ailə faciəsi – Hamilə qadın və 5 uşağı yanğın zamanı həyatını itirdi - FOTO/VİDEO

Professor Lalə Əlizadə VƏFAT EDİB

Professor Lalə Əlizadə VƏFAT EDİB

Azərbaycan pambıq ipliyi istehsalını artırıb

Azərbaycan pambıq ipliyi istehsalını artırıb

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

“Turan Tovuz” “Qəbələ”yə qarşı

“Turan Tovuz” “Qəbələ”yə qarşı

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Hövsanda müəllim qətlə yetirildi

Hövsanda müəllim qətlə yetirildi

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

End of content

No more pages to load

RADİO