Ziya Məmmədovun tələbə yoldaşının oğlunun bir milyonluq dələduzluğunun DETALLARI - FOTO

Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda prokuror Tural Yaqubov təqsirləndirilənə ittiham aktını elan edib.

İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi təqdim edərək bir neçə nəfərin etibarından sui-istifadə edərək onların 1 milyon manata yaxın pulunu mənimsəyib.

İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Zamiq Xankişiyev istintaqa cəlb olunduqdan sonra əvvəl barəsində həbs, daha sonra isə həbs olmayan qətimkan tədbiri seçilib.

Araşdırmalarla məlum olub ki, Zamiq Xankişiyevdən ən çox zərər görən şəxs onun tanışı olan
iş adamı P.S.-dir.

O iş adamına Neftçaladakı Olimpiya İdman Kompleksinin tikintisində istifadə olunan beton işləri üçün 60 min manatlıq sement sifariş verərək pulunu ödəyəcəyinə vəd etsə də, həmin vəsaiti mənimsəyib.

Zamiq Xankişiyev daha sonra zərərçəkən P.S.-nin etibarından istifadə edərək onun "Maserati Ghibli" markalı avtomobilini dəyərindən çox ucuz qiymətə - 48 min ABŞ dollarına sataraq mənimsəyib.

O, bundan başqa iş adamına məxsus "Mercedes-Benz S-Class" markalı avtomobilini 85 min ABŞ dollarına sataraq onun 50 min ABŞ dollarını qaytarıb, 35 min ABŞ
dollarını isə mənimsəyib.

Zamiq Xankişiyev bu və ya digər yalan vədlər verməklə iş adamı P.S.-nin ümumilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.

Təqsirləndirilən bundan başqa tanış olduğu S.V.-ni də aldadaraq ona müxtəlif tikinti layihələrində iştirak edərək külli miqdarda qazanc əldə edəcəyini deyib. O, bu adla tanışının külli miqdarda pulunu və avtomobilini ələ keçirərək mənimsəyib. O, S.V.-nin ümumilikdə 180 min manatını mənimsəyərək ona külli miqdarda ziyan vurub.

Zamiq Xankişiyevdən zərər görməsi ilə bağlı şikayət edən digər şəxs isə onun müəssisəsində fəhlə işləyən F.Ə. olub. O, işçisinə 5 690 borclu olub və bunun qarşılığında ona KIA markalı avtomobili verəcəyini vəd edib. Amma Z.Xankişiyev bu məbləği də mənimsəyib.

Qeyd edək ki, Zamiq Xankişiyevin barəsində irəli sürülmüş ittihamda adları keçən zərərçəkənlərdən başqa da onun əməllərindən zərər görən daha bir neçə nəfərin də olduğu bildirilir.

Məhkəmədə hakim təqsirləndirilən Zamiq Xankişiyevə ittiham olunduğu maddənin ağırlıq dərəcəsini xatırladaraq törətdiyi əməllərin sübut olunacağı təqdirdə onu 10 ildən 15 ilədək məhkum oluna biləcəyini xatırladıb. Z.Xankişiyev məhkəmədə özünü təqsirli bilməyib.
Növbəti proses yanvarın yanvarın 20-dək təxirə salınıb

Xatırladaq ki, Zamiq Xankişiyev zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaqa cəlb olunub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Onu da qeyd edək ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb.

Əlavə edək ki, təqsirləndirilən şəxs "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış və rüşvət qalmaqalı ilə vəzifəsindən uzaqlaşdırılmış Fəyyaz Xankişiyevin oğludur. O, bununla yanaşı bahalı avtomobil kolleksiyası olan bir şəxs kimidə tanınıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobillərdən maqnitofon oğurlayan şəxs SAXLANILDI

Avtomobillərdən maqnitofon oğurlayan şəxs SAXLANILDI

Tramp bu şəxsləri viza qadağalarından AZAD ETDİ

Tramp bu şəxsləri viza qadağalarından AZAD ETDİ

Cəfər Cabbarlının büstünün restavrasiyasına BAŞLANILDI - VİDEO

Cəfər Cabbarlının büstünün restavrasiyasına BAŞLANILDI - VİDEO

Şəmkirdə yük maşını ağaca çırpılıb, bir nəfər ölüb

Şəmkirdə yük maşını ağaca çırpılıb, bir nəfər ölüb

Duqlas Kostanın yeni klubu MƏLUM OLDU

Duqlas Kostanın yeni klubu MƏLUM OLDU

“Trampın danışdıqları cəfəngiyatdır” - İran prokuroru

“Trampın danışdıqları cəfəngiyatdır” - İran prokuroru

"Şəhriyarın saçı yoxdur, parik taxır" - VİDEO

"Şəhriyarın saçı yoxdur, parik taxır" - VİDEO

Biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs SAXLANILDI

Biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs SAXLANILDI

Danimarkada Trampa qarşı aksiya KEÇİRİLİR: “Qrenlandiyadan əllərini çək” - VİDEO

Danimarkada Trampa qarşı aksiya KEÇİRİLİR: “Qrenlandiyadan əllərini çək” - VİDEO

Meydanda ürəyi dayanan futbolçu klubdan GÖNDƏRİLDİ

Meydanda ürəyi dayanan futbolçu klubdan GÖNDƏRİLDİ

Bakı-Gəncə avtobusunda lentə alınan bu görüntülər gündəm oldu - VİDEO

Bakı-Gəncə avtobusunda lentə alınan bu görüntülər gündəm oldu - VİDEO

Lənkəranda oğurluq edən şəxslər saxlanıldı - Üzərlərindən narkotik çıxdı

Lənkəranda oğurluq edən şəxslər saxlanıldı - Üzərlərindən narkotik çıxdı

FHN əhaliyə MÜRACİƏT ETDİ

FHN əhaliyə MÜRACİƏT ETDİ

"Kəpəz" "Karvan-Yevlax"la HEÇ-HEÇƏ ETDİ

"Kəpəz" "Karvan-Yevlax"la HEÇ-HEÇƏ ETDİ

“Rusiya zərbələri fonunda elektrik enerjisinin idxalının artırılmasına ehtiyacımız var” - Zelenski

“Rusiya zərbələri fonunda elektrik enerjisinin idxalının artırılmasına ehtiyacımız var” - Zelenski

Ziya Məmmədovun tələbə yoldaşının oğlunun bir milyonluq dələduzluğunun DETALLARI - FOTO

Ziya Məmmədovun tələbə yoldaşının oğlunun bir milyonluq dələduzluğunun DETALLARI - FOTO

Paytaxtda oğurluq edən 5 nəfər SAXLANILDI

Paytaxtda oğurluq edən 5 nəfər SAXLANILDI

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Naxçıvanda minik maşını ilə avtobus toqquşdu, xəsarət alanlar var - FOTO

Naxçıvanda minik maşını ilə avtobus toqquşdu, xəsarət alanlar var - FOTO

“Mançester Yunayted” yeni baş məşqçisindən bunu TƏLƏB EDƏCƏK

“Mançester Yunayted” yeni baş məşqçisindən bunu TƏLƏB EDƏCƏK

Lənkəranda oğurluq etdiyi evi yandıran şəxs SAXLANILDI

Lənkəranda oğurluq etdiyi evi yandıran şəxs SAXLANILDI

2026-cı ilin sonuna qədər ev və maşın alacaq 5 BÜRC

2026-cı ilin sonuna qədər ev və maşın alacaq 5 BÜRC

Alena Əliyeva Kerol Förmenin sərgisindən paylaşım etdi - FOTO

Alena Əliyeva Kerol Förmenin sərgisindən paylaşım etdi - FOTO

Günay Ağamalı: “İnsan azad danışa bilər, amma əxlaqı tapdalaya bilməz”

Günay Ağamalı: “İnsan azad danışa bilər, amma əxlaqı tapdalaya bilməz”

End of content

No more pages to load

RADİO