Lənkəran rayonunun Göyşaban kəndindəki yaşayış evlərindən birindən 3000 manat dəyərində məişət əşyalarının oğurlanması, daha sonra həmin ünvanda yanğın baş verməsi barədə polisə müraciət daxil olub.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Elçin Quliyev saxlanılıb.
Onun hadisədən sonra izi itirmək məqsədilə evdə yanğın törətdiyi də müəyyən edilib.
Bizim.Media