Tovuzda 1976-cı il təvəllüdlü Ç.Axundov yaşadığı Aşağı Öysüzlü kəndindəki su kanalına düşüb.
Bizim.Media Apa-ya istinadən xəbər verir ki, 49 yaşlı kişi hadisə yerində həyatını itirib.
Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media