Məktəblərdə üç fənn BİRLƏŞİR

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur.

Maraqlıdır ki, bu fənnin adı nə ola bilər? Hansı ixtisası bitirən müəllimlər bu fənni tədris edə bilər? Ümumiyyətlə, bu fənn hansı siniflərdə tədris olunmalıdır?

Bizim.Media xəbər verir ki, bu barədə AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova danışıb.

O, qeyd edib ki, bu, gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir:

"Bu Konsepsiyanın mahiyyətini düzgün anlamaq üçün ilk növbədə Cənab Prezident İlham Əliyevin mədəniyyətə və milli dəyərlərə dair formalaşdırdığı uzunmüddətli baxış bucağına diqqət yetirmək lazımdır. Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, mədəniyyət hər bir xalqın kimliyini yaşadan əsas dayaqlardan biridir və dövlətçilik ənənələrinin davamlılığı məhz bu mənəvi sütunlar üzərində qurulur.
 

Onun yanaşmasına görə, milli mədəniyyət yalnız qorunmalı miras deyil, eyni zamanda gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir. Bu baxımdan “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyası sadəcə mədəniyyət sahəsi üzrə strateji sənəd deyil, həm də təhsil, ictimai düşüncə və milli kimlik arasında körpü yaradan fundamental bir yol xəritəsidir.


Xüsusilə 2026-2030-cu illər üçün nəzərdə tutulan mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi ideyası Prezidentin “milli dəyərlərə söykənən, eyni zamanda müasir düşüncəli cəmiyyət” modelinin praktik təzahürü kimi qiymətləndirilə bilər".

Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə keçirməyi hədəfləyir:

"Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, gənclər milli köklərini dərindən tanımalı, eyni zamanda qlobal dünyada öz kimliyini itirmədən rəqabət apara bilməlidir. Məhz bu səbəbdən mədəniyyətin məktəb mühitinə sistemli şəkildə daxil edilməsi təsadüfi deyil. Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə, milli-mənəvi dəyərlərə münasibətini formal bilik səviyyəsindən çıxararaq, daxili mənimsəmə və şüurlu dərk mərhələsinə keçirməyi hədəfləyir.
 

Eyni zamanda, bu Konsepsiya Prezidentin mədəniyyəti yalnız paytaxt mərkəzli deyil, regionları, yerli irsi, xalq yaradıcılığını və çoxşaxəli mədəni müxtəlifliyi əhatə edən ümummilli dəyər kimi görməsinin də göstəricisidir. Təhsil müstəvisində mədəniyyətin yer alması regionlarda böyüyən uşaqların öz mühitinə, yerli adət-ənənələrinə və tarixi yaddaşına daha şüurlu yanaşmasını təmin edə bilər.


Bu mənada Konsepsiyada nəzərdə tutulan yeni fənnin tətbiqi Prezidentin mədəniyyəti gələcəyə ötürülən strateji kapital kimi dəyərləndirməsinin məntiqi davamıdır və düşünürəm ki, bu yanaşma Azərbaycan təhsilinin məzmun baxımından daha dərin, daha kimlikyönümlü və daha dayanıqlı inkişafına ciddi töhfə verəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edilib

Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edilib

2026-cı il üçün gözlənilməz TREND - Bu yaşda insanlar evdən işləmyə başlayıblar

2026-cı il üçün gözlənilməz TREND - Bu yaşda insanlar evdən işləmyə başlayıblar

Bakı metrosunda NFC ödənişləri aktivləşdirildi

Bakı metrosunda NFC ödənişləri aktivləşdirildi

Türkiyədə təhsil alan azərbaycanlı tələbə qəfil HƏYATINI İTİRİB

Türkiyədə təhsil alan azərbaycanlı tələbə qəfil HƏYATINI İTİRİB

Dünyada ən çox yumurta istehlak edən ölkələr AÇIQLANDI

Dünyada ən çox yumurta istehlak edən ölkələr AÇIQLANDI

SON DƏQİQƏ: Bakı metrosunda ÖLÜM

SON DƏQİQƏ: Bakı metrosunda ÖLÜM

Azərbaycanda tanınmış həkim VƏFAT etdi

Azərbaycanda tanınmış həkim VƏFAT etdi

“Allah üzümüzə baxıb ki, muğamı ifa edə bilməyib” – Zəka duelinin növbəti QARŞILAŞMASI – VİDEO

“Allah üzümüzə baxıb ki, muğamı ifa edə bilməyib” – Zəka duelinin növbəti QARŞILAŞMASI – VİDEO

Ermənilər "Koroğlu"nu oğurlayıb necə "David" etdilər?

Ermənilər "Koroğlu"nu oğurlayıb necə "David" etdilər?

Divanda uzanaraq həyatlarını yaşayan BÜRCLƏR

Divanda uzanaraq həyatlarını yaşayan BÜRCLƏR

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum olub

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum olub

Londonda səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi

Londonda səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi

Süni intellekt 1 ilə yaxın itkin düşən alpinistin cəsədini TAPIB – ŞOK DETALLAR - FOTO

Süni intellekt 1 ilə yaxın itkin düşən alpinistin cəsədini TAPIB – ŞOK DETALLAR - FOTO

Qadınlar üçün maaşın ödənilməsi qaydası dəyişdi

Qadınlar üçün maaşın ödənilməsi qaydası dəyişdi

Sumqayıtın iki marşrutunda gedişhaqqı ARTDI

Sumqayıtın iki marşrutunda gedişhaqqı ARTDI

Ramzan Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparılır

Ramzan Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparılır

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Bakının təhvil verdiyi Xaçatryanın xəstəxanadan FOTOSU

Bakının təhvil verdiyi Xaçatryanın xəstəxanadan FOTOSU

Rəşad Məcid: “Sosial mediada ictimai qınaq da olmalıdır”

Rəşad Məcid: “Sosial mediada ictimai qınaq da olmalıdır”

“Əlçatan metro” xidmətindən istifadə edənlərin sayı ARTIB

“Əlçatan metro” xidmətindən istifadə edənlərin sayı ARTIB

Məktəblərdə üç fənn BİRLƏŞİR

Məktəblərdə üç fənn BİRLƏŞİR

Telefon almaq istəyənlərə PİS XƏBƏR – Yaxın aylarda...

Telefon almaq istəyənlərə PİS XƏBƏR – Yaxın aylarda...

Zelenski Ukraynadan qovula bilər

Zelenski Ukraynadan qovula bilər

Ciblərinə pul axacaq 4 bürc

Ciblərinə pul axacaq 4 bürc

End of content

No more pages to load

RADİO