Ölkədə dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalar tərəfindən üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə məlumatlar Ədliyyə Nazirliyinə təqdim edilib.
Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinə əsasən siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat təqdim edir.
Bizim.Media