Bu işçilər ən azı 46 gün məzuniyyətdə ola biləcək – SİYAHI

Əmək məzuniyyətinin müddəti 46 gündən az olmayan işçilərin siyahısı genişləndirilib.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən aşağıdakı kateqoriyalara daxil olan işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə,

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə,

- döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə,

- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə,

- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, Azərbaycan Respublikasının ən yüksək təltifi ilə, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bütün siyasi partiyalar reyestrini yenilədi - RƏSMİ

Bütün siyasi partiyalar reyestrini yenilədi - RƏSMİ

Cenk Tosunun yeni klubu RƏSMİLƏŞDİ

Cenk Tosunun yeni klubu RƏSMİLƏŞDİ

“Ukrayna sülhə nail olmaq üçün ağır güzəştlərə getməlidir” – Çexiya prezidenti

“Ukrayna sülhə nail olmaq üçün ağır güzəştlərə getməlidir” – Çexiya prezidenti

Bakı Təşəbbüs Qrupu və Beynəlxalq Siqh Federasiyası beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ

Bakı Təşəbbüs Qrupu və Beynəlxalq Siqh Federasiyası beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ

Bürclər sevgililərinə nəyi bağışlaya bilmirlər?

Bürclər sevgililərinə nəyi bağışlaya bilmirlər?

Bu dövlət işçilərinin geyim normaları dəyişdi - Baş nazirdən QƏRAR

Bu dövlət işçilərinin geyim normaları dəyişdi - Baş nazirdən QƏRAR

Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi MƏLUM OLDU - FOTO

Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi MƏLUM OLDU - FOTO

MİQ imtahanının pullu olması ilə bağlı nazirlikdən AÇIQLAMA

MİQ imtahanının pullu olması ilə bağlı nazirlikdən AÇIQLAMA

Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkət cədvəli YENİLƏNİR - FOTO

Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkət cədvəli YENİLƏNİR - FOTO

Bakının 22 küçə və prospektində SIXLIQ VAR

Bakının 22 küçə və prospektində SIXLIQ VAR

“Sabah”ın legioneri komandaya nə vaxt qoşulacaq?

“Sabah”ın legioneri komandaya nə vaxt qoşulacaq?

Rayonlarda distant təhsil BAŞLAYIR

Rayonlarda distant təhsil BAŞLAYIR

Bayramlar üst-üstə düşərsə, məzuniyyət necə hesablanacaq?

Bayramlar üst-üstə düşərsə, məzuniyyət necə hesablanacaq?

Qanunsuz onlayn kazino oyunları təşkil edənlər tutuldu - VİDEO

Qanunsuz onlayn kazino oyunları təşkil edənlər tutuldu - VİDEO

Bu işçilər ən azı 46 gün məzuniyyətdə ola biləcək – SİYAHI

Bu işçilər ən azı 46 gün məzuniyyətdə ola biləcək – SİYAHI

Atalara ödənişli məzuniyyət veriləcək

Atalara ödənişli məzuniyyət veriləcək

Belarasun daxili işlər naziri Azərbaycana gəldi – FOTO

Belarasun daxili işlər naziri Azərbaycana gəldi – FOTO

Şəhidlər xiyabanı 20 Yanvar gününə belə hazırlanır – VİDEOREPORTAJ

Şəhidlər xiyabanı 20 Yanvar gününə belə hazırlanır – VİDEOREPORTAJ

Azərbaycanda distant iş RƏSMİLƏŞDİ - Bu qaydada tənzimlənəcək

Azərbaycanda distant iş RƏSMİLƏŞDİ - Bu qaydada tənzimlənəcək

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə ALINACAQ - RƏSMİ

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə ALINACAQ - RƏSMİ

İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklikləri TƏSDİQLƏDİ

İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklikləri TƏSDİQLƏDİ

Xəzər Dəniz Gəmiçiliyinin sədri təyin olunan Əfqan Cəlilov kimdir? – DOSYE

Xəzər Dəniz Gəmiçiliyinin sədri təyin olunan Əfqan Cəlilov kimdir? – DOSYE

Əfqan Cəlilov ASCO-nun sədri TƏYİN OLUNDU

Əfqan Cəlilov ASCO-nun sədri TƏYİN OLUNDU

SON DƏQİQƏ! Rauf Vəliyev vəzifəsindən azad edildi – SƏRƏNCAM

SON DƏQİQƏ! Rauf Vəliyev vəzifəsindən azad edildi – SƏRƏNCAM

End of content

No more pages to load

RADİO