Zərdabda odlu silah tapılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, polis əməkdaşları tərəfindən aşkar olunan odlu silah rayonun Dəliquşçu kəndi ərazisində tapılıb.
Belə ki, rayon polis şöbəsinin əməkdaşlarının hadisə yerinə baxışı zamanı 1 ədəd “TOZ-8” markalı tüfəng və 10 patron aşkarlanaraq götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim Media, Aran bürosu