"Çox pul versələr də, saqqalımı kəsməyəcəm" - İş axtaranda nələri bilməliyik?

Sosial şəbəkələrdə CV-də şəkil tələbinin artıq ortadan qalxması barədə məlumatlar paylaşılır. Bu da işaxtaranlarda bir qədər çaşqınlıq yaradıb.

Xarici ölkə təcrübəsi misal çəkilərək əsasən, namizədin bacarığına üstünlük verildiyi qeyd olunur.

Həmçinin CV-yə baxış müddətinin 2 saniyə olması barədə deyilənlər də bir qədər narahatlıq doğurub. Halbuki bu zamana qədər CV-yə baxış müddətinin ortalama 7 saniyə olduğu bildirilirdi.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan İnsan Resursları üzrə Menecer Röyal Əhmədov bildirib ki, xarici təcrübənin necə olmasından asılı olmayaraq Azərbaycanda reallıq bir qədər fərqlidir:

“Bir çox hallarda insanlar xarici təcrübə ilə Azərbaycanı müqayisə edəndə özlərinə sərf edəni deyirlər. Bir mütəxəssis olaraq deyə bilərəm ki, CV-də fotonun olması vacibdir. Bəzi hallarda şirkətlər xaricdən yeni namizəd axtarışına çıxırlar. Bu zaman şirkət daxilində olan kriteriyalara, daxili qaydalara əsasən, namizədin xarici görünüşünü incələmək istəyirlər. Bu, normal haldır. Əgər söhbət özəl şirkətlərdən gedirsə, bank sferasını misal göstərmək olar.
 

Hər nə qədər qəbul etməsəm də, müəyyən kriteriyalar var. Bank sferasında dress-kod, üz quruluşu, boy və s. tələblər mövcuddur. Müraciət edilən zaman şirkət namizəd şəxslərin sima quruluşuna, hətta saqqalının olub-olmamasına baxır.


Məsələn, bankda HR sayəsində çalışan bir şəxsəm və kredit mütəxəssisi lazımdırsa, onun fotosunu qabaqcadan görməliyəm ki, bankın daxildə olan qaydalarına uyğundurmu? Misal üçün, bir dəfə bir namizəd qeyd etmişdi ki, daha yüksək əməkhaqqı təklif etsələr də, saqqalımı kəsməyəcəm. Həmin şəxs təbii ki, bank sferasına uyğun deyil. Bildiyimiz kimi, ön ofisdə oturan şəxslər daha səliqəli formada olmalıdırlar.

Namizədin bacarıqları 90%  CV-də öz əksini tapır. Bu tip situasiyalara görə, 10% namizədin görünüşü vacibdir. Və yaxud da bankın timsalında digər belə daxili qaydaları olan şirkətlərdə görünüş, boy və s. namizədin dəyərləndirməsində əsas səbəb ola bilər. 

Hazırda əmək bazarında tendensiya budur. Qabaqcadan namizədi görmək istəyirlər. Ona görə də yenə deyirəm ki, CV-də şəkin olması yaxşıdır”. 

Mütəxəssisin sözlərinə görə, CV-də şəklin olmaması işaxtaranın vaxt itkisinin qarşısını almaq üçün də vacibdir:

“Təbii ki, bunu bizneslə çevirən şəxslər bəzi hallarda yanlış yönləndirirlər. Hər zaman işaxtaranlara tövsiyə edirəm ki, bunu daha çox sosial olan və əmək bazarından anlayışı olan, şəxsdən soruşsunlar.

Namizədin üz quruluşu, boyu və yaxud da çəkisi şirkətin kriteriyalarına uyğun deyilsə, əvvəlcədən bu detalların bilinməsi yaxşıdır. Tutaq ki, namizəd CV-yə şəkil qoymur və sırf o kriteriyalara görə müsahibədən kəsilirsə, artıq onda mənfi bir hal yaranır.
 

Həmçinin bəzən CV-yə yaşayış yerini və yaşlarını yazmırlar. İnsan resurslarında çalışan şəxs sual verir və müsahibə əsasında ortaya çıxır ki, bu şəxsin əslində 30 yox, 40 yaşı var. Ona görə, ona “yox” demək məcburiyyətində qalırlar.


Bəzi hallarda Əhmədlidə olan bir şirkətə, Xırdalanda olan bir şəxs müraciət edir və yaşayış yerini yazmırsa, işə qəbul olunmasa, deyəcək ki, Əhmədliyə qədər gəldim, amma mənə geri dönüş etmədilər. 

Ümumiyyətlə, işaxtaranların CV-lərindəki boşluqlar - foto, yaşayış yeri və yaşdır. Bunlar əsas sayıla bilər. Əvvəlcədən qeyd etsələr, bəlkə də müsahibəyə dəvət edilməyəcəklər.

Bir də var ki, müsahibəyə dəvət edilsin və “yox” cavabı alsınlar, ya da ümumiyyətlə, onlara heç bir cavab verilməsin”.

R.Əhmədov CV-lərə baxılma müddətinin 2 saniyə olması barədə deyilənlərin də həqiqətə uyğun olmadığını söyləyib:

“CV-nin analizinin 2 saniyə olması mümkün deyil. Əgər yaxşı bir CV-dirsə,iş təcrübələri, təhsil və s. çoxdursa, analizi rahat 1 dəqiqə vaxt aparır. Bu vaxt sürətli baxış zamanı 20-30 saniyə çəkə bilər. CV boşdursa, təcrübə yoxdursa, bu zaman baxış 2-3 saniyə ola bilər. Amma CV-ni görən HR onun uyğun namizəd olacağını düşünübsə, məlumatlara baxmağa bir dəqiqədən çox vaxt sərf edir.

Avropa ilə Azərbaycanda CV-yə baxışda yanaşma da oxşarlıqlar olsa da, mövcud Azərbaycan reallığı və əmək bazarında gedən tendensiyalar fərqli ola bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əfqan Cəlilov ASCO-nun sədri TƏYİN OLUNDU

Əfqan Cəlilov ASCO-nun sədri TƏYİN OLUNDU

SON DƏQİQƏ! Rauf Vəliyev vəzifəsindən azad edildi – SƏRƏNCAM

SON DƏQİQƏ! Rauf Vəliyev vəzifəsindən azad edildi – SƏRƏNCAM

Prezidentdən Nadejda İsmayılova ilə bağlı SƏRƏNCAM

Prezidentdən Nadejda İsmayılova ilə bağlı SƏRƏNCAM

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ: Yanvarın 18-də...

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ: Yanvarın 18-də...

“Atena” qanunvericiliyi pozdu

“Atena” qanunvericiliyi pozdu

Azərbaycanlı müğənninin Bodrumdakı biznesi BAĞLANDI - VİDEO

Azərbaycanlı müğənninin Bodrumdakı biznesi BAĞLANDI - VİDEO

Üç gün əvvəl qəzaya düşdü, bu gün HƏYATINI İTİRDİ

Üç gün əvvəl qəzaya düşdü, bu gün HƏYATINI İTİRDİ

Qoca Səmədovun oğlunun güllələdiyi çobanın SON DURUMU

Qoca Səmədovun oğlunun güllələdiyi çobanın SON DURUMU

Nigar Səfxanova yüksək vəzifəyə təyin olundu – FOTO

Nigar Səfxanova yüksək vəzifəyə təyin olundu – FOTO

Zərdabda odlu silah tapıldı – FOTO

Zərdabda odlu silah tapıldı – FOTO

Avtomobil təkərləri niyə qara olur? - Cavab sizi təəccübləndirəcək

Avtomobil təkərləri niyə qara olur? - Cavab sizi təəccübləndirəcək

"Niyaməddin Musayev gecə klublarında oxuyur, PUL QAZANIR"

"Niyaməddin Musayev gecə klublarında oxuyur, PUL QAZANIR"

Balıq ovu üçün kvota təsdiqləndi – QİYMƏTLƏR

Balıq ovu üçün kvota təsdiqləndi – QİYMƏTLƏR

“Biz ədalət istəyirik” – Xalqların haqq səsi Bakıdan ucalır – VİDEO

“Biz ədalət istəyirik” – Xalqların haqq səsi Bakıdan ucalır – VİDEO

Meteohəssas insanların NƏZƏRİNƏ!

Meteohəssas insanların NƏZƏRİNƏ!

Sabiq icra başçısının oğlunun güllələdiyi şəxs çoban imiş... – DETALLAR

Sabiq icra başçısının oğlunun güllələdiyi şəxs çoban imiş... – DETALLAR

Azərbaycana qayıtmaq üçün Pezeşkianla olan bu FOTOLARI göstəribmiş

Azərbaycana qayıtmaq üçün Pezeşkianla olan bu FOTOLARI göstəribmiş

Elmira Axundovanın yaxın adamı məhkəmə zalında HƏBS OLUNDU - Səkkiz milyon manatlıq dələduzluq işi – FOTO

Elmira Axundovanın yaxın adamı məhkəmə zalında HƏBS OLUNDU - Səkkiz milyon manatlıq dələduzluq işi – FOTO

Qoca Səmədovun oğlu Yevlaxda adam GÜLLƏLƏDİ

Qoca Səmədovun oğlu Yevlaxda adam GÜLLƏLƏDİ

"Çox pul versələr də, saqqalımı kəsməyəcəm" - İş axtaranda nələri bilməliyik?

"Çox pul versələr də, saqqalımı kəsməyəcəm" - İş axtaranda nələri bilməliyik?

Tovuzda Körpələr evində İNSİDENT: Xəsarət alan var

Tovuzda Körpələr evində İNSİDENT: Xəsarət alan var

“Karvan-Yevlax” bu legionerdən İMTİNA ETDİ

“Karvan-Yevlax” bu legionerdən İMTİNA ETDİ

Yerli müəlliflərin əsərlərini xarici dillərə kim tərcümə EDƏCƏK?

Yerli müəlliflərin əsərlərini xarici dillərə kim tərcümə EDƏCƏK?

İsraildə hərbi helikopter yerə çırpıldı – ANBAAN VİDEO

İsraildə hərbi helikopter yerə çırpıldı – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO