“İradə sağdır, cinlər aləmində saxlanılır” - Biznesmen anlaqsızdır, yoxsa rola girib?

Qeyri-rəsmi birgə yaşadığı qadını boğaraq öldürməkdə ittiham olunan 48 yaşlı biznesmen Emil Ağcanovun məhkəmə istintaqı başlayıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, ekspert rəyi ilə anlaqsız hesab edilən Ağcanov saxlanıldığı psixiatriya xəstəxanasından polis müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Prokurorluğun göndərdiyi qərarda yazılıb ki, Emil Ağcanov və İradə Muradovanın faciə ilə bitən sonuncu görüşü ötən ilin avqustunda Emilin anasının evində baş tutub. Həmin gün Emil spirtli içki və narkotik maddənin təsiri altında İradəni yerə yıxıb, dini ayinlər etdirərək ayətül-kürsi duası oxutdura-oxutdura xüsusi amansızlıqla boğaraq həyatdan məhrum edib. Daha sonra o, cəsədi hamam otağına aparıb, üzərinə möhür qoyaraq qucaqlayıb və səhərə qədər ona sarılmış vəziyyətdə dini musiqilər dinləyib.

Emil ertəsi gün saxlanılsa da, psixiatrik ekspertiza onun cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olması barədə rəy verib. Bu əsasla o, istintaq təcridxanasından psixiatriya xəstəxanasına köçürülüb.

Qərar oxunduqdan sonra təqsirləndirilən şəxsə söz verilib. Hakim Səbinə Məmmədzadə ona ifadə verməmək hüququnu da xatırladıb, lakin danışacağı halda obyektiv araşdırmaya kömək olacağını bildirib.

Müttəhim sərbəst ifadə verməyə hazır olduğunu deyərək ayağa qalxıb. Emil İradə ilə münasibətlərini, hadisələrin harada və nə vaxt baş verdiyini dəqiq xatırlayıb. Bununla belə ifadəsində cinayətlə bağlı reallıqdan uzaq, mifik xarakterli fikirlər səsləndirib: 

“Həmin gün cinlər onun ruhunu ələ keçirmişdi. Nə qədər dualar oxusam da, xilas edə bilmədim. Həmin varlıqlar ona elə güc vermişdilər ki, mənim kimi idmançı adamı üç dəfə divara çırpdı. Sona qədər ona ayətül-kürsi və digər duaları oxutdurmuşam. İradəni hamıdan çox istəyirdim, illərlə birgə yaşamışıq. Sadəcə xristian olduğu üçün evlənə bilməmişdik. Mən onu necə öldürə bilərəm? Düzdür, həmin vaxt hamama girəndə sürüşüb yıxıldı, amma ölmədi. İndi sağdır, cinlər aləmində saxlanılır”.

Anlaqsız kimi mühakimə olunan biznesmen ifadəsinin davamında deyib ki, İradəni görünməz varlıqlardan qorumaq üçün qucağında saxlayıb. Hətta onlardan qorunmaq üçün şeytanın əşyası olduğunu hesab etdiyi “İphone” markalı telefonunu da sındırıb: 

“İradəni cin-şeytandan qorumaq üçün onu qucaqlayıb üzərinə möhür qoydum. Sonra da həmin varlıqları qovmaq üçün səhərə qədər ayətül-kürsi oxudum. Həmin gündən əvvəl də mən ona kəlmeyi-şəhadət öyrədirdim. Hətta dua oxuyan vaxt mənə zəng gəldiyi üçün “İphone”u da qırmışdım. “İphone” da şeytan əşyasıdır. Niyə arxası açılmır? Çünki şeytan əməlidir. Elə buna görə telefonu yerə çırpıb qırdım. Amma narahat olmayın, İradə indi yaxşıdır”.

Təqsirləndirilən şəxs hakim, prokuror və vəkillərin suallarına da eyniməzmunlu mifik cavablar verib. Əlavə kimi sadəcə İradə ilə daha əvvəlki mehriban münasibətlərindən, Maldiv adalarındakı birgə istirahətlərindən danışıb.

Həkim rəyi Emilin cinayəti törədərkən öz hərəkətlərini dərk etmədiyini göstərsə də, mərhumun yaxınları bununla razılaşmır, onun məsuliyyətdən yayınmaq üçün rol oynadığını düşünürlər.

Emilin ilkin istintaq müddətinə hər dəfə ayrı cür ifadə verməsi isə zərərçəkmiş tərəfdə şübhələri daha da artırıb. Mərhumun hüquqi varisi kimi tanınmış bacısı Rəna Muradova ifadəsində Emilin psixi xəstə olmadığını deyib. Hüquqi varis Emilin onun bacısını narkotikin təsiri altında qəsdən öldürdüyünü təkrar-təkrar dilə gətirərək hakimlərdən ədalət istəyib.
 

Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin anlaqsız olması ilə bağlı qərara şübhə ilə yanaşdığından məhkəmənin hüququ var ki, təkrar tibbi ekspertiza təyin etsin. Bu zərurətin olub-olmadığına isə məhkəmə qərar verəcək.

Proses boyu diqqətçəkən başqa bir məqam isə Emilin anasının mərhumun yaxınlarına aqressiv münasibət sərgiləməsi olub. Hətta o, prosesə icazəsiz müdaxilə edərək mərhumun uzun illər oğlunun imkanlarından istifadə etdiyini deyib. Hakim yerindən danışdığı üçün anaya xəbərdarlıq edib.

Məhkəmə yanvarın 29-da davam etdiriləcək.

Qeyd edək ki, E.Ağcanov biznes fəaliyyəti ilə məşğul olub. O, “Chermington Transportation Services”, “AZRENT”, “Caspi Style” şirkətlərinin və İtaliya brendi “YAMAMAY” mağazasının sahibidir. Emil bu hadisəyə qədər daim bahalı həyat tərzi ilə diqqət çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Karvan-Yevlax” bu legionerdən İMTİNA ETDİ

“Karvan-Yevlax” bu legionerdən İMTİNA ETDİ

Yerli müəlliflərin əsərlərini xarici dillərə kim tərcümə EDƏCƏK?

Yerli müəlliflərin əsərlərini xarici dillərə kim tərcümə EDƏCƏK?

İsraildə hərbi helikopter yerə çırpıldı – ANBAAN VİDEO

İsraildə hərbi helikopter yerə çırpıldı – ANBAAN VİDEO

Bakıda yeni avtomobil yolunun tikintisi: Hansı işlər görülüb? - FOTO

Bakıda yeni avtomobil yolunun tikintisi: Hansı işlər görülüb? - FOTO

"Ərləriniz evə gəlmirsə, günahkar mən deyiləm"

"Ərləriniz evə gəlmirsə, günahkar mən deyiləm"

"Park Yasamal"da mənzillər daxili kredit və ipoteka ilə satışdadır - "Kristal!"

"Park Yasamal"da mənzillər daxili kredit və ipoteka ilə satışdadır - "Kristal!"

Karapetyan yenidən təcridxanaya QAYTARILIR

Karapetyan yenidən təcridxanaya QAYTARILIR

“Qarabağ” Xorvatiya klubuna QALİB GƏLDİ

“Qarabağ” Xorvatiya klubuna QALİB GƏLDİ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

"Uzak Şehir"in “Alya”sı görünüşü ilə diqqət çəkdi – FOTO

"Uzak Şehir"in “Alya”sı görünüşü ilə diqqət çəkdi – FOTO

Altı ölkə Qrenlandiyaya qoşun göndərdi - III Dünya Müharibəsinin ANONSU

Altı ölkə Qrenlandiyaya qoşun göndərdi - III Dünya Müharibəsinin ANONSU

Ən cəlbedici kişilər bu ölkələrdə yaşayır - Rusiyalı qadınlar arasında SORĞU

Ən cəlbedici kişilər bu ölkələrdə yaşayır - Rusiyalı qadınlar arasında SORĞU

Bakıda 5 kq narkotiki satmaq istəyən şəxs kameraya düşdü - ANBAAN VİDEO

Bakıda 5 kq narkotiki satmaq istəyən şəxs kameraya düşdü - ANBAAN VİDEO

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Çin Rusiyadan elektrik enerjisi idxalını dayandırdı - KİV

Çin Rusiyadan elektrik enerjisi idxalını dayandırdı - KİV

Ukraynalı nazir: “Ölkədə bir dənə salamat elektrik stansiyası qalmayıb” – VİDEO

Ukraynalı nazir: “Ölkədə bir dənə salamat elektrik stansiyası qalmayıb” – VİDEO

Nərimanovda oğurluq edənlər SAXLANILDI

Nərimanovda oğurluq edənlər SAXLANILDI

Bir günə məşhurlaşan ailə 9 ildən sonra FOTOLAR

Bir günə məşhurlaşan ailə 9 ildən sonra FOTOLAR

Valehedici gözəlliyə aparan təhlükəli YOLLAR - Donmuş Ramramay şəlaləsindən VİDEOREPORTAJ

Valehedici gözəlliyə aparan təhlükəli YOLLAR - Donmuş Ramramay şəlaləsindən VİDEOREPORTAJ

“Qarabağ” dünya reytinqində GERİLƏDİ

“Qarabağ” dünya reytinqində GERİLƏDİ

Təvəkkül Səlimov: “Kişilər görüşəndə bir-birilərini öpürlər, ayıbdır”

Təvəkkül Səlimov: “Kişilər görüşəndə bir-birilərini öpürlər, ayıbdır”

Fransadan ABŞ-a XƏBƏRDARLIQ – “Qırmızı xətt”i keçsələr...

Fransadan ABŞ-a XƏBƏRDARLIQ – “Qırmızı xətt”i keçsələr...

“İradə sağdır, cinlər aləmində saxlanılır” - Biznesmen anlaqsızdır, yoxsa rola girib?

“İradə sağdır, cinlər aləmində saxlanılır” - Biznesmen anlaqsızdır, yoxsa rola girib?

Bakıda restorandan telefon oğurlayanlar TUTULDU

Bakıda restorandan telefon oğurlayanlar TUTULDU

End of content

No more pages to load

RADİO