Yaş saçla yatmaq saç sağlamlığına mənfi təsir göstərir.
Bizim.Media “El Economista” nəşrinə istinadən xəbər verir ki, bu barədə həkim Noel Şerber xəbərdarlıq edib.
Şerber bu vərdişdən imtina etmək üçün dörd əsaslı səbəb göstərib.
Birincisi, yaş saçlar daha kövrək olur və bu da yatarkən qırılmaya daha çox meylli olur.
İkincisi, mütəxəssisin fikrincə, nəmlik baş dərisində göbələk və bakteriyaların çoxalması üçün ideal mühit yaradır.
Üçüncüsü, baş dərisində kiçik sızanaqlar və follikulit yarana bilər. Buna səbəb yastıqda yığılan dəridəki yağlar, makiyaj qalıqları, çirk və bakteriyalardır. Bundan əlavə, payız və qışda yaş saçlarla yatmaq soyuqdəymə riskini artırır.
Bizim.Media