Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, ilkin məlumata əsasən, yanğın nəticəsində xəsarət alan olmayıb.


***19:46
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bizim.Media