“Əmək pensiyalarında artım əsasən indeksləşdirilərək həyata keçirilir və Dövlət Statistika Komitəsinin təqdim etdiyi əvvəlki ilin orta aylıq əmək haqqı məbləğinin nominal artım göstəricisinə uyğun olaraq artırılır”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, əmək pensiyalarında artım 9 faiz ətrafında qeydə alınacaq.
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media