Hər evdə var, nə işə yaradığı bilinmir

Maliyyə Nazirliyinin ötən ilin noyabrında açıqladığı rəqəmlərə görə, Azərbaycanda Peşəkar Mühasib Sertifikatı (PMS) almış şəxslərin sayı 6208-dir. 

Mövzu ilə bağlı sosial mediada paylaşılan şərhlərdə bildirilir ki, ölkədə bu qədər PMS alan şəxs olsa da, çoxu işləmir.

Hər kəsin evində çox sayda sertifikatlar var. Bu sertifikatlar iş tapmaq üçün nə qədər kömək olur? 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan İnsan Resursları üzrə Menecer Röyal Əhmədov PMS sertifikatının bəzi hallarda gərəkli olduğunu desə də, bunun iş tapmaq mənasına gəlmədiyini söyləyib:

“PMS sertifikatı son illərdə əmək bazarında tətbiq olunan bir sertifikatdır. Bu sertifikatın mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarında da, böyük şirkətlərdə filter rolunu oynayır.

Yəni, hər hansısa bir aktiv vakansiyaya müraciət edən şəxslərdə PMS sertifikatı varsa, digər namizədlərdən fərqləndirilməsinə gətirib çıxarır. Təbii ki, birinci növbədə həm sertifikatlaşmanın, həm də həmin namizədlərinin nəzəri və praktiki biliyi əsas tutulur. 

Miqyası orta və balaca olan şirkətlərdə isə daha çox nəzəri bilik və həmçinin praktikaya üstünlük verilir. Yəni, sertifikat məsələsi aktiv şəkildə tətbiq və təşviq olunmur. 

Böyük şirkətlərdə bu fərqlənmənin əsas səbəbi həmin şəxsin mövcud qanunvericilik əsasında formalaşdırılmış və yaxud da hər hansısa bir nəzəri biliklərinin təsdiqini əsaslandıran sənədlərin üstünlük verilməsinə istiqamətləndirir. Balaca şirkətlərdə isə buna ehtiyacı yoxdur. Çünki istər dövriyyə baxımından, istər işçi heyəti baxımından böyük fəaliyyətə sahib olmurlar. 

PMS sertifikatının olması indiki dövrdə aktual bir sertifikatlaşmadır. Çünki mövcud durumda əvvəlki illərdə sırf mühasibatlıq sahəsində çalışan şəxslərdə praktiki olaraq hər hansı bir prosesləri yerinə yetirə bilərlər, amma bunun nəzəri tərəfini tam əmin deyildilər. Bu sertifikatlaşmanın olması ən azından praktiki biliyi olan şəxslərin nəzəri tərəfdən hansı səviyyədə olmasını təsdiq edir.

PMS sertifikatının yaxşıdır, amma əslində hər kəs müraciət etməməlidir.

Fikrimcə, 1 və ya 2 illik bir təcrübəyə sahib olan şəxslərdən sertifikatı alması və yaxud da 20 ildən yuxarı bir təcrübəyə sahib olan şəxslərin də sertifikat alması eyni dərəcədə olmamalıdır. Təbii ki, şərtlər olmalıdır.

Ən azından praktiki olaraq və yaxud da mühasibatlıq sahəsinə aid olan qanunvericiliyi və digər nəzəri biliyə sahib olan şəxslər artıq həmin sertifikatlaşma prosesindən keçməlidir. 

Bugün istər əmək bazarında mövcud olan iş elanları və yaxud da vakansiyalara baxdığımız zamanı 5 illik təcrübəyə sahib namizəd axtarılan zaman belə, məsələn, PMS sertifikatı üstünlük sayılır yazılır. Bəzi hallarda “mütləqdir”, “vacibdir” deyə qeydlər də görürük. Amma bəzi hallarda tam tətbiq olunmadığını görürük. Yəni PMS sertifikatına sahib olan şəxs o demək deyil ki, mühasibatlıq sahəsində olan istənilən vakansiyalara uyğun gələcək. 

Sertifikatlaşdırma proseslərindən keçmiş 6200 nəfərə gəldikdə isə mövcud rəqəm o demək deyil ki, əmək bazarında sırf həmin şəxslərin həm praktiki, həm də nəzəri biliyi uyğun ola biləcək vakansiyalar çıxacaq.

Misal üçün, düşünə bilirlər ki, mənim əgər PMS sertifikatım varsa, demək artıq, mən minimum 2000-3000 və yaxud da 4000-lik bir vakansiyaya uyğunam. Bu, o demək deyil.

Təbii ki, mühasibatlıq sahəsində çalışan şəxsi verici qanunvericiliyini bilməlidir, çünki hər il dəyişikliklər olur. Əsasən rüblük yaxud da dövri hesabatlar, mənfəət, gəlir, xərc və ya digər məsələləri bilməlidirlər. Bu zaman artıq həmin şəxsin PMS sertifikatı və praktiki bilikləri bir-birini tamamlaya bilər”.

R.Əhmədov gənclərin iş tapmaq üçün çox sayda təlimlərə gedib sertifikat toplamasını və bunu naliyyət hesab etmələrinin doğru olmadığını bildirib:

“İstənilən bir sahədə nəzəri biliklərlə yanaşı, praktiki biliklərin olması vacibdir. Yəni, gənclərimiz çoxlu sertifikatlar əldə edirlər. Bu, o demək deyil ki, həmin şəxs artıq əmək bazarına atılmağa hazırdır. Hər hansı bir şirkətlərdə onların elan etdikləri vakansiyalara müraciət edib, artıq orada özlərini doğrulda bilərlər. Təbii ki, həm nəzəri bilik, həm də praktiki cəhətdən bu, şərtdir. 

Yaş kriteriyaları və yaxud da təcrübə müddəti sertifikatlaşmada önəmlidir. Düşünün ki, 22-23 yaşında bir mühasibatlıq sahəsinə yeni daxil olmuş gənc də sertifikat alsın, 20 ildən yuxarı bir təcrübəyə sahib şəxs də alsın. Eyniləşdirilmə halları olmamalıdır. 

Bir çox hallarda gənclərimiz sertifikatı iş zəmanəti olaraq görürlər. Yəni, “sertifikatım varsa, artıq mənim işim var” demək deyil. Təbii ki, sertifikat aldıqdan sonra bu prosesi davam etdirməli, öz üzərlərində çalışmalı, mümkün qədər özlərini inkişaf etdirməlidirlər. Yəni sertifikatının olması kifayət eləmir. 

Hazırda gənclərimiz arasında belə bir tendensiya var ki, günlük, həftəlik, aylıq təlimlər əsasında əldə edilmiş sertifikatlara daha çox istiqamətlənirlər. Düşünürlər ki, bütün şirkətlər sertifikat arzusundadır. Şirkətlər daha çox sertifikat yox, uyğun kadr axtarışında olurlar”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: “Enerji daşıyıcılarının bahalaşmasının Ukrayna ilə əlaqəsi yoxdur”

Zelenski: “Enerji daşıyıcılarının bahalaşmasının Ukrayna ilə əlaqəsi yoxdur”

Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir

Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir

Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi

Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

“Slaviya” Bakıda - VİDEO

“Slaviya” Bakıda - VİDEO

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

ABŞ-da kanadalı ekspert həbs edildi

ABŞ-da kanadalı ekspert həbs edildi

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

End of content

No more pages to load

RADİO