Subayların övladlığa uşaq götürməsi - Humanizm, yoxsa etik risk?

Xəbər verdiyimiz kimi, 2025-ci ildə Azərbaycanda 13 subay şəxs övladlığa uşaq götürüb. Ümumilikdə isə 818 uşaq övladlığa verilib. Həmçinin, 2024-cü ildə də 9 subay şəxsin övladlığa uşaq götürdüyü müəyyən edilib.

Qanunvericiliyə əsasən, subay və nikahda olan şəxslərin uşaq götürməsi üçün müəyyən şərtlər var. Həm himayədar ailə, həm də övladlığa uşaq götürmə ilə bağlı elektron sistem var. Vətəndaş bu sistemə müraciət edir, daha sonra qiymətləndirmə başlayır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda övladlığa uşaq götürən subay şəxslərin SAYI


Göründüyü kimi, qanunvericilik subay şəxslərin övladlığa uşaq götürməsinə icazə verir.

Bəs bu hal uşağın ata və ana ilə birgə, sağlam ailə modeli içində böyüməsi üçün kifayətdirmi?

Mövzu ilə əlaqədar Bizim.Media-ya açıqlama verən “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova uşaqların hansı şəraitdə böyüməli olduğunu belə şərh edir:

“Təbii ki, uşaq öz valideynlərinin yanında böyüsə, bu, həm uşaq, həm də ailə üçün daha yaxşıdır. Məsələn, bir ailədə uşaq yoxdursa, ailə özünü çılpaq hiss edir. Ümumilikdə isə uşağın mənafeyini qorumaq bütövlükdə cəmiyyətin işidir, nəinki valideynlərin. Ümumiyyətlə, ailə və uşaq dövlətə məxsusdur və valideynlərin də vəzifəsidir ki, uşağın bütün ehtiyaclarını ödəsin.

Əgər kimsə humanizm göstərib uşaq götürürsə və o uşağa öz övladı kimi tərbiyə verirsə, təhsilində, gələcək həyatında rol oynayırsa, bu, çox gözəl bir şeydir. Subay şəxslərin uşaq götürməsi məsələsinə gəldikdə isə uşaq hər kəsə verilmir. Bunun üçün müəyyən şərtlər var. Namizədin sosial durumu, sağlamlığı və psixoloji vəziyyəti kimi məsələlər araşdırıldıqdan sonra uşaq ona etibar edilir. Kiminsə uşağa qarşı istək və sevgisi, ona qarşı humanist düşüncələri varsa, bu məsələyə çox yaxşı baxıram”.
 

Lakin burada ən mübahisəli məqam uşaq götürən subay şəxslərlə bağlı yaş həddidir. Uşaq götürmə prosesi zamanı subay şəxslər üçün minimum yaş həddi 30, nikahda olanlar üçün isə minimum yaş 25-dir. Övladlığa götürüləcək uşaqla subay valideyn arasında yaş fərqi də qanunla müəyyən olunur. Bu həddin minimum 18 yaş olması tələb olunur. Bu şərtlər uşağın gələcəyi ilə bağlı bir sıra etik riskləri də bərabərində gətirə bilər.


Bəs bu halda heç valideyn olmamış, subay bir şəxsin qan qohumluğu olmayan bir uşağa valideynlik etməsi üçün cəmi 18 yaş fərq kifayətdirmi?

Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bizim.Media-ya verdiyi açıqlamada övladlığa uşaq götürmə prosesinin etik tərəflərini vurğulayıb:

“Qanunvericiliyə əsasən, namizəd valideyn bütün parametrlərə cavab verməlidir. “Körpəlikdən uşaq götürüm ki, böyüyəndə valideyni olmadığımı bilməsin” söhbəti artıq yoxdur. O qədər faciələr olub ki, kimlərsə düşmənlik edərək bu sirri açıb və uşaqda böyük travmalara səbəb olub. Ancaq qanunda bu məqamlar daha diqqətli nəzərdən keçirilir. Qanun artıq deyir ki, uşaq müəyyən yaş həddini keçdikdən sonra namizəd o uşağa övladlığa götürüldüyünü deməlidir. Hazırki qanunun tələblərindən çox razıyam. 15-20 il əvvəl bu proses üçün uzun növbələr olurdu, 10-15 qurum cavab verməli idi və hər qurumun da öz yanaşması və eqosu var idi. Amma indiki halda bu iki qurumda - İcra hakimiyyəti və Sosial Xidmətlərdə ixtisaslaşmış şəxslər çalışır”.

Mehriban Zeynalova övladlığa uşaq götürmə zamanı namizədlə aparılan psixoloji yoxlanışlar haqqında danışarkən bildirib ki, bəzən uşaq götürən, amma onu uşağı kimi qəbul edə bilməyən namizədlər də olur:

“Yəni bu insanın həmişə alt şüurunda qala bilər ki, övladı yad uşaqdır. Subay şəxslər də bu cür psixoloji proseslərdən keçir. İstənilən halda ideal heç nə yoxdur. İnsan faktoru varsa, manipulyasiyalar olur. Amma bütün psixoloji gizlənmələrə baxmayaraq, bu proseslər diqqətdə saxlanılır və boşluq olmaması üçün kifayət qədər çalışılır. Ən yaxşı hal sonrakı prosesdə monitorinqlərin aparılmasıdır. Monitorinqlər nəticəsində övladlığa verilmə proseslərindən bir çoxu ləğv edilib. Baxış zamanı ola bilər ki, ilkin dövrlərdə hansısa manipulyativ davranış olub və namizəd əsl üzünü göstərib. Sonrakı prosesdə monitorinq mütləq bu məsələləri aşkarlayır”.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir

Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir

Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi

Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

“Slaviya” Bakıda - VİDEO

“Slaviya” Bakıda - VİDEO

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

ABŞ-da kanadalı ekspert həbs edildi

ABŞ-da kanadalı ekspert həbs edildi

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Masazırda motosikletlə avtomobil toqquşdu - 2 ölü var - FOTO

Masazırda motosikletlə avtomobil toqquşdu - 2 ölü var - FOTO

End of content

No more pages to load

RADİO