Uşaqlara qarşı virtual TƏHLÜKƏ - İki dövlət qurumundan “Roblox”la bağlı XƏBƏRDARLIQ

“Roblox” və oxşar onlayn oyunlarda yayılan bəzi təsvir və hərəkətlər uşaq hüquqlarının pozulmasına yönəlmiş məzmun daşıyır və bu, Azərbaycan qanunvericiliyinə, eləcə də beynəlxalq sənədlərə ziddir. İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı yaydığı müraciətdə bu məsələnin ciddi narahatlıq doğurduğunu bildirib.

Ombudsman Aparatının apardığı araşdırmalara görə, son illər uşaqlar arasında geniş yayılan onlayn oyunlar, xüsusilə “Roblox” platforması müəyyən risklər yaradır və bu təhlükələr artıq təkcə texnoloji deyil, insan hüquqları problemi kimi dəyərləndirilməlidir.

Bəs bu risklər nədən ibarətdir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elgün Səfərov mövzu ilə əlaqədar Bizim.Media-ya verdiyi açıqlamada Azərbaycanda 2025-ci ildə rəqəmsallaşma ilə bağlı strategiya və süni intellektlə bağlı konsepsiya qəbul edildiyini bildirib:

“Bu milli fəaliyyət planlarını 2023-cü ildə qəbul edilən strategiyalar tənzimləyib. 2023-cü ildə qəbul edilmiş kibertəhlükəsizliklə bağlı strategiya, xüsusilə, bullinqlərdən müdafiə və onlayn şəraitdə uşaq huquqlarının müdafiəsindən danışır və dövlət qurumlarının bu istiqamətdə tədbirlərini müəyyənləşdirir.
 

Qeyd edək ki, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən milli fəaliyyət planının uşaq hüquqları strategiyasına yeni tədbirlər planı hazırlanır. Bu planın içində hazırda artıq virtual həyatda uşaq hüquqlarının müdafiəsi məsələsi qeyd edilib. Ümumiyyətlə, söhbət təkcə “Roblox”dan getmir. Hansı ki, bu oyun Türkiyə, Rusiya, Qətər, Oman, İordaniya, İraq, Çin Xalq Respublikası, Şimali Koreya, BƏƏ, Səudiyyə Ərəbistanı və digər ölkələrdə məhdudlaşdırılıb.

 

Ümumiyyətlə, “Roblox” və onun kimi oyunlar vasitəsilə təsvirlərdə, şəkillərdə qeyd edilən hərəkətlər uşaq hüquqlarının pozulmasına yönəlib.

Hansı ki, Azərbaycan qanunvericiliyinə və beynəlxalq sənədlərə ziddir. Bunlar isə dediyimiz kimi, BMT-nin Uşaq Hüquqları konvensiyasıdır və eyni zamanda, Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının qanunudur. Bu çərçivədə digər ölkələrdə necə ki, məhdudiyyətlər müəyyənləşdirilib - xüsusilə də yaş kateqoriyası üzrə zərərli məlumatlardan qorunması ilə bağlı - Azərbaycanda da bu yöndə təkliflər hazırlanıb.

Dövlət Komitəsi tərəfindən də təkliflər hazırlanıb.

Yeni tədbir planında uşaq hüquqları üzrə milli fəaliyyət planının qəbul edilməsi və ümumiyyətlə, digər rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizliklə bağlı sənədlərin də nəzərə alınması vacibdir. Ona görə də, yaş kateqoriyası oyunlara daxil olmalı və bu sahədə də filter sistemləri tətbiq edilməlidir. Çünki elə oyunlar var ki, +18-dir və dünyada da belə kateqoriyalar var ki, tətbiq edilir”.

Komitədən qeyd edilib ki, oyunlar +18, +16, +14, +10 yaş kateqoriyaları üzrə bölgülər var və uşaqların bu yaş kateqoriyaları üzrə oyunlara daxil olmaları nəzərə alınmalıdır:

“Yerləşdirilən materiallar əgər uşaqların təhlükəsizliyinə, sağlamlığına və psixoloji vəziyyətinə mənfi təsir edirsə, qarşısı alınmalıdır. Bunun üçün də qanunvericilikdə təkmilləşdirmə işləri davam etdirilməlidir və eyni işlər çərçivəsində də monitorinqlər həyata keçirilməlidir. Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq monitorinq aparılır. Monitorinq çərçivəsində təkliflər hazırlanır və müvafiq dövlət qurumları ilə birgə müzakirə edilir. Hətta ehtiyacı olan halda qanunvericilik üçün təkliflər hazırlanır və bu sahədə araşdırmalarımız olur”.

Məsələ ilə bağlı deputat Fazil Mustafa isə deyib ki, sözügedən oyunlarda vəzifədə oturan bəzi şəxslərin maraqları ola bilər:

“Ümumiyyətlə, bu oyunları, içkiləri, siqaretləri nəzarətdə saxlamaq lazımdır. Bunun yayılmasına kimlərsə imtiyazlı şəkildə maraq göstərə bilərlər. Amma bizi cəmiyyətin sağlamlığı düşündürürsə, bunlara müqavimət göstərməliyik. Biz bu məsələnin qarşısını vaxtında almalıyıq.

Uşaqları belə təhlükələrdən qorumalıyıq. Zərərli tendensiyaların qarşısında müəyyən alternativlərimizi ortaya qoymağa çalışmalıyıq. Ona görə də, məncə bu, haqlı bir məsələdir. Ombudsman tərəfindən qaldırılan məsələni dəstəkləyirəm və bu istiqamətdə nə dəstək lazımdırsa, hamımız birlikdə verməliyik”, deyə o, əlavə edib.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsinin XRONİKASI: 12 oktyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 12 oktyabr – VİDEO

İran Hörmüzü keçən gəmilərə xəbərdarlıq etdi

İran Hörmüzü keçən gəmilərə xəbərdarlıq etdi

Zelenski: “Enerji daşıyıcılarının bahalaşmasının Ukrayna ilə əlaqəsi yoxdur”

Zelenski: “Enerji daşıyıcılarının bahalaşmasının Ukrayna ilə əlaqəsi yoxdur”

Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir

Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir

Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi

Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

“Slaviya” Bakıda - VİDEO

“Slaviya” Bakıda - VİDEO

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

ABŞ-da kanadalı ekspert həbs edildi

ABŞ-da kanadalı ekspert həbs edildi

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

End of content

No more pages to load

RADİO