Azərbaycanda xuliqanlıqda ittiham olunan ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivinə Amnistiya aktı şamil olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı apa.az-a açıqlamasında onun vəkili Xeyransa Babayeva yayıb.
Məlumata görə, Ədliyyə Nazirliyi Probasiya xidmətinin bununla bağlı təqdimatına Xətai rayon məhkəməsində baxılıb. Məhkəmə onu şərti cəzadan azad edib.
Oleq Krapivinlə birgə ittiham olunan Konstantin Kuçerin də Amnistiyaya düşəcəyi gözlənilir. Onunla bağlı Probasiya xidmətinin təqdimatına da məhkəmədə baxılacaq.
Bizim.Media