Günel Mavlıyarova “PAŞA Bank” ASC-nin Marketinq departamentinə direktor təyin edilib.
Bizim.Media “banker.az”a istinadla xəbər verir ki, indiyədək bu vəzifə vakant olub.
Belə ki, bu vəzifədə bundan öncə Zara İbrahimzadə çalışıb. O, “PAŞA Bank” ASC-də Baş İcraçı Direktorun müşaviri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, G.Mavlıyarova bundan əvvəl “Kapital Bank” ASC-də Marketinq direktoru vəzifəsində çalışıb. Ümumilikdə o, “Kapital Bank”da 11 il fəaliyyət göstərib.
Bizim.Media