Yas məclisləri ilə bağlı QƏRAR - Bütün ölkə üzrə...

Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan verilməsi uzun illərdir ənənə halını alıb. Bir neçə ildir yas mərasimlərində bol süfrələrin açılması ciddi şəkildə tənqid edilir. Lakin hələ də yas mərasimlərində dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb. 

Qeyd edək ki, ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilən bu məsələ israfçılıq, özünü göstərmə və s. kimi də qiymətləndirilir. 

Doğrudur, bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb və hamı bir qayda ilə süfrəyə çay, limon, halva və xurma verir. Ancaq bu nümunə bəzi bölgələrdə tətbiq olunur. Bu günlərdə Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edilməsi haqqında məlumat yayıldı. 

Yasda, əsasən, təkcə çay süfrəsinə icazə verilir. Yas mərasimlərində təntənəli ehsan süfrələrinin ləğv edilməsi təqdirolunası bir qərardır. 

Maraqlıdır, bu qərar bütün ölkə üzrə şamil oluna bilərmi?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan İlahiyyatçı Ağa Hacıbəyli deyib ki, Azərbaycanda yas mərasimləri ilə bağlı son illər aparılan təbliğatın müsbət nəticələri tədricən özünü göstərir. Müxtəlif rayon və bölgələrdə bu mərasimlərin daha səliqəli, mədəni və israfdan uzaq keçirilməsi ilə bağlı xoş xəbərlər eşidilir:

“Qeyd olunur ki, bu məsələnin tam şəkildə həlli yalnız qanunlarla mümkün deyil. Daha çox maarifləndirmə, düzgün izah və mədəni dəvət yolu ilə insanlar bu dəyərləri qəbul etməli və dərk etməlidirlər. 

Qanun vacib olsa da, insan onu anlayaraq qəbul etdikdə daha düzgün tətbiq edir. Eyni zamanda diqqətə çatdırılır ki, israf problemi təkcə yas mərasimləri ilə məhdudlaşmır. Toy məclislərində baş verən israf çox zaman yas mərasimlərində ediləndən qat-qat artıq olur. Əgər məqsəd doğrudan da israfın qarşısını almaqdırsa, bu məsələyə kompleks yanaşmaq və bütün mərasimləri əhatə edən islahatlara ehtiyac var.

Din xadimlərinin də bu mövzuda düzgün mövqe ortaya qoymasının vacibliyi vurğulanır. 

Bildirilir ki, Peyğəmbərimizin (s.ə.s) dövründə yas mərasimləri sadə formada, üç gün ərzində keçirilir, əsas diqqət isə yas sahibinə dəstək olmağa yönəlirdi. Zamanla formalaşan bəzi adətlərin bu mahiyyəti dəyişdirdiyi qeyd olunur. Ümid edirik ki, aparılan təbliğat və maarifləndirmə nəticəsində cəmiyyət bu dəyərləri yenidən mənimsəyəcək və yas mərasimləri öz mahiyyətinə uyğun şəkildə keçirilməyə başlayacaq”, – ilahiyyatçı yekunlaşdırıb.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağadadaş Ağayev amnistiyaya DÜŞDÜ - VİDEO

Ağadadaş Ağayev amnistiyaya DÜŞDÜ - VİDEO

Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır

Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır

Azərbaycanda təhsil ocağında DƏHŞƏT - TƏLƏBƏ ÖLÜ TAPILDI

Azərbaycanda təhsil ocağında DƏHŞƏT - TƏLƏBƏ ÖLÜ TAPILDI

ABŞ-dan AÇIQ DƏSTƏK: “İran xalqı ayətullahı istəmir” – VİDEO

ABŞ-dan AÇIQ DƏSTƏK: “İran xalqı ayətullahı istəmir” – VİDEO

Dronların icazə və dövlət qeydiyyatı artıq "my gov"da!

Dronların icazə və dövlət qeydiyyatı artıq "my gov"da!

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərdən YENİ XƏBƏR VAR

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərdən YENİ XƏBƏR VAR

Polis Akademiyasına sənəd qəbulu davam edir - Abituriyentlərin nəzərinə!

Polis Akademiyasına sənəd qəbulu davam edir - Abituriyentlərin nəzərinə!

Arda su qabına təpik vurdu, yerə yıxıldı – VİDEO

Arda su qabına təpik vurdu, yerə yıxıldı – VİDEO

Azərbaycanlı müğənninin 4 min manatlıq idman ayaqqabısı... - VİDEO

Azərbaycanlı müğənninin 4 min manatlıq idman ayaqqabısı... - VİDEO

Beynəlxalq təşkilatların İFLASI – Gücün hakim olduğu yeni dünya REALLIQLARI

Beynəlxalq təşkilatların İFLASI – Gücün hakim olduğu yeni dünya REALLIQLARI

ABŞ-da DƏHŞƏT – Yük maşınını etirazçıların üzərinə sürdü – ANBAAN VİDEO

ABŞ-da DƏHŞƏT – Yük maşınını etirazçıların üzərinə sürdü – ANBAAN VİDEO

Gəncədə bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Gəncədə bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Bakıda mağazadan meyit tapıldı

Bakıda mağazadan meyit tapıldı

Hadisə ilə Fulya Öztürk arasında QALMAQAL

Hadisə ilə Fulya Öztürk arasında QALMAQAL

“PAŞA Bank”da yüksək vəzifəyə TƏYİNAT

“PAŞA Bank”da yüksək vəzifəyə TƏYİNAT

DYP-dən təkərlərlə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən təkərlərlə bağlı sürücülərə MÜRACİƏT

“Milan” autsayderlə oyunda xal itirdi - VİDEO

“Milan” autsayderlə oyunda xal itirdi - VİDEO

Ağlasığmaz layihə: Göydən aşağı bina tikiləcək

Ağlasığmaz layihə: Göydən aşağı bina tikiləcək

"Qızıl Qlobus" sahiblərinə təqdim olundu – FOTO

"Qızıl Qlobus" sahiblərinə təqdim olundu – FOTO

Mənzurə Musayevanın qardaşı İŞDƏN ÇIXARILDI

Mənzurə Musayevanın qardaşı İŞDƏN ÇIXARILDI

Tibb dünyasını ikiyə bölən qərar: Reseptləri artıq həkimlər yazmır

Tibb dünyasını ikiyə bölən qərar: Reseptləri artıq həkimlər yazmır

Hüseyndən atası ilə bağlı paylaşım – FOTO

Hüseyndən atası ilə bağlı paylaşım – FOTO

Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verildi – QİYMƏTLƏR

Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verildi – QİYMƏTLƏR

Tender və kotirovkalarda dempinq limiti - Hansı halda iştirakçı kənarlaşdırılır?

Tender və kotirovkalarda dempinq limiti - Hansı halda iştirakçı kənarlaşdırılır?

End of content

No more pages to load

RADİO