Nəsimi rayonunda evlərin birindən 5 min manat dəyərində qızıl-zinət əşyaları və nağd pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qonşusu 25 yaşlı R. Allahverdiyeva saxlanılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxs zərərçəkənin evdən çıxarkən qapının üzərində unutduğu açarı gizlicə götürərək özündə saxlayıb. Daha sonra evdə heç kim olmayan vaxtda mənzilə daxil olaraq oğurluq edib.
Araşdırma davam etdirilir.
Bizim.Media