Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2025-ci il ərzində hüquqpozma predmeti kimi 41 milyon 758 min 798 ədəd xaricdə istehsal edilən siqaretlər qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Qeyd edilib ki, eyni zamanda 1440 litr spirtli içkilər, 91 min 782,438 litr energetik içkilər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bizim.Media