“Yol əhvalatı”nda gülərək baxdığımız səhnə Gəncədə TƏHLÜKƏYƏ çevrilib – FOTO

Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yol infrastrukturu müəyyən qədər yenilənsə də, illərdir diqqətdən kənarda qalan və real təhlükə yaradan ərazilər hələ də qalmaqdadır. Burada problem yolun keyfiyyəti deyil, onun yaratdığı davamlı riskdir.

Gəncə şəhəri Nəriman Nərimanov prospektinin Göygöl rayonu istiqamətinə çıxış hissəsi artıq çoxdandır ki, “ölüm zonası”na çevrilib.

Yolun hər iki tərəfində yaşayış evləri yerləşməsinə baxmayaraq, bu ərazidə nə sürət radarı, nə də işıqfor mövcuddur. Nəticədə sürücülər yaşayış massivinin ortasında, daha doğrusu “Reklamın yanın”dan sanki magistral yolda hərəkət edirmiş kimi yüksək sürət yığırlar.


Ortaya çıxan mənzərə isə illər əvvəl “Yol əhvalatı” filmində Mustafanın idarə etdiyi içərisi qoyunlarla dolu yük avtomobilinin evə çırpılması səhnəsini xatırladır. O səhnə kinoda gülüş doğururdu. Gəncədə isə eyni “səhnə” real həyatda dəfələrlə təkrar olunur və burada sadəcə təhlükə var.

Bu günlərdə yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil Gəncə şəhəri Nəriman Nərimanov prospekti 443 ünvanında yerləşən yaşayış evinə çırpılıb. 


Həmin ərazidə 1 il ərzində 10 avtomobil idarəetmədən çıxaraq birbaşa eyni yaşayış evinə dəyib. 

Bu barədə Bizim.Media-ya həmin ünvanda yaşayan vətəndaş müraciət edib.

Onun bildirdiyinə görə xoşbəxtlikdən, hadisə zamanı evdə heç kəs olmayıb və insan itkisi qeydə alınmayıb. 

Məlumat üçün bildirək ki, məhz bu ünvanda baş verən yol-nəqliyyat hadisələri bütün faktlarla müvafiq qurumlar tərəfindən qeydiyyata alınıb. 


Təhlükə ilə üz-üzə qalan ev sahibləri hesab edir ki, çıxış yolu olduqca sadədir. Belə ki, bu əraziyə sürət radarı və ya işıqforun quraşdırılması ilə potensial faciələrin qarşısını almaq mümkündür. Amma hələki hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində addım atılmır. 

Təhlükə isə hər an qaçılmazdır...

Mövzunu diqqətdə saxlayacağıq...










Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə Superkuboku: “Qalatasaray” “Fənərbağça”ya qarşı

Türkiyə Superkuboku: “Qalatasaray” “Fənərbağça”ya qarşı

Tərtərdə ana və oğul dəm qazından ZƏHƏRLƏNDİ: Ölən var

Tərtərdə ana və oğul dəm qazından ZƏHƏRLƏNDİ: Ölən var

Qərb Ukrayna ilə bağlı RAZILIĞA GƏLDİ – Hansı ölkələr qoşun GÖNDƏRƏCƏK?

Qərb Ukrayna ilə bağlı RAZILIĞA GƏLDİ – Hansı ölkələr qoşun GÖNDƏRƏCƏK?

SON DƏQİQƏ! Can Yaman və tanınmış model SAXLANILDI – FOTO

SON DƏQİQƏ! Can Yaman və tanınmış model SAXLANILDI – FOTO

Prezidentin müsahibəsinə belə hazırlaşıblar – VİDEO

Prezidentin müsahibəsinə belə hazırlaşıblar – VİDEO

Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyanlar TUTULDU

Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyanlar TUTULDU

Gəncədə evdə 36 yaşlı qadın meyiti TAPILDI

Gəncədə evdə 36 yaşlı qadın meyiti TAPILDI

Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI

Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI

Bu ərazilərdə işıq KƏSİLİB

Bu ərazilərdə işıq KƏSİLİB

Alyona Əliyeva sığınacaq və sosial reabilitasiya müəssisəsindən paylaşım etdi – FOTO

Alyona Əliyeva sığınacaq və sosial reabilitasiya müəssisəsindən paylaşım etdi – FOTO

Venesuela ABŞ-a diplomatik missiya göndərir - Dialoq BAŞLADI

Venesuela ABŞ-a diplomatik missiya göndərir - Dialoq BAŞLADI

Gəncədə daha bir yeniyetmə BIÇAQLANDI - Məktəbin qarşısında...

Gəncədə daha bir yeniyetmə BIÇAQLANDI - Məktəbin qarşısında...

Satışdan çıxarmaq yerinə qiyməti ARTIRDILAR – Marketlər polietilen torba ilə bağlı qadağanı NECƏ POZUR?

Satışdan çıxarmaq yerinə qiyməti ARTIRDILAR – Marketlər polietilen torba ilə bağlı qadağanı NECƏ POZUR?

GÜNÜN HAVASI: Yağış, qar...

GÜNÜN HAVASI: Yağış, qar...

BİZİM TƏQVİM: 10 yanvar tarixində baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 10 yanvar tarixində baş vermiş tarixi hadisələr

"Çelsi"yə ittiham irəli sürüldü

"Çelsi"yə ittiham irəli sürüldü

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən baş redaktor HAKİM QARŞISINDA

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən baş redaktor HAKİM QARŞISINDA

Tbilisidə ticarət mərkəzində YANĞIN OLDU

Tbilisidə ticarət mərkəzində YANĞIN OLDU

Seneqal ilk yarımfinalçı oldu

Seneqal ilk yarımfinalçı oldu

Hərarəti olan uşağa bunları etmək YANLIŞDIR

Hərarəti olan uşağa bunları etmək YANLIŞDIR

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına YEKUN VURULDU

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına YEKUN VURULDU

Zelenski Trampla İsveçrədə görüş planlaşdırır

Zelenski Trampla İsveçrədə görüş planlaşdırır

Qvardiolanın yerinə Xabi Alonso?

Qvardiolanın yerinə Xabi Alonso?

Tərtərdə minik avtomobili traktorun kotanına çırpılıb, bir nəfər ölüb

Tərtərdə minik avtomobili traktorun kotanına çırpılıb, bir nəfər ölüb

End of content

No more pages to load

RADİO