Azərbaycanın I Liqa təmsilçisi "Difai" təcrübəli futbolçusu Roman Hüseynovla yollarını ayırıb.
Bu barədə Bizim.Media-ya klubun mətbuat xidmətindən bildirilib.
28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
R.Hüseynov cari mövsümün əvvəlindən paytaxt təmsilçisinin heyətində çıxış edirdi.
Bizim.Media