Bakı metrosunda yeni gedişhaqqı modeli: 30 qəpik… – Aydınlıq gətirildi

Metroda diferensial tarif modelinin tətbiq oluna biləcəyi ilə bağlı xəbər ictimaiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, Bakı Metropoliteni QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynlinin sözlərinə görə, hazırda bu istiqamətdə təhlillər aparılır.

Sitat: “Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər”.

Bəzi vətəndaşlar məsafəyə görə tarif tətbiqinin gediş haqqını bahalaşdıracağı qənaətindədir.

Bu model necə ola bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, differensial qiymət siyasəti artıq dəmir yollarında tətbiq olunur.
Onun sözlərinə görə, Bakıətrafı dəmir yolu xətlərindən istifadə edən insanlar bilirlər ki, orada qiymət artımı 20-40 qəpik fərq edir:

“Əvvəllər standart tarif bir manat idi. Məsələn, bir dayanacaq gedənlə 15 dayanacaq məsafə qət edən eyni məbləğ ödəyirdi. Sonra differensial qiymət siyasəti müəyyənləşdirildi. Bu gün bəzi sərnişinlər 40, 50 qəpik, başqaları 1 manat və ya daha çox ödəyir. İndi uzaq məsafələrə səfərlər fərqli formada hesablanır.

Metroda isə tutaq ki, kimsə iki dayanacaq gedirsə, 60 qəpik yox, ola bilsin 30 qəpik və ya 40 qəpik ödəsin. Yaxud 10 dayanacaq gedən 60 qəpik ödəyir, 15 dayanacaq gedən isə 80 qəpik verir. Yəni bu, fərqli bir yanaşmadır. Sadəcə olaraq, hesablamanı həssas formada təhlil etmək lazımdır. Mən bunu sadəcə misal olaraq qeyd etdim. Yalnız ciddi təhlillərdən sonra qərar vermək və vətəndaşa da, Bakı Metropoliteni QSC-yə də zərər dəyməməsinə çalışmalıyıq. Ona görə də sözügedən məsələni tezliklə həll etmək mümkün deyil”.

Ekspert bildirib ki, qurumun müvafiq açıqlaması da mövzunun həssas olduğunu göstərir:

“Hazırda ciddi təhlillər aparılır, araşdırmalar gedir. Bu, metro üçün ilk olsa da, ümumilikdə artıq dəmir yollarında tətbiq edilir və həmin zaman ciddi narazılıq olmadı. Əksinə, belə tarifdən faydalananlar çoxdur. Sadəcə, burada elə bir addım atmaq lazımdır ki, bütün yük sərnişinlərin 50 faizdən çoxunun üzərində qalmasın.

Paralel olaraq, düşünürəm ki, diferensial tariflə bağlı qərar əks effekt də verə bilər. Məsələn, uzaq məsafələrə metro ilə səfər edən insanlar çoxdur və qiymət artımı zamanı onlar daha çox ödənişlə üzləşsələr, məcburən şəxsi avtomobillərə üstünlük verəcəklər. Çünki düşünə bilərlər ki, onsuz da eyni pulu xərcləyirəm, elə isə maşınla gedim. Ola bilsin, bəziləri keçməsin və düşünsün ki, metro digər nəqliyyat növləri ilə müqayisədə daha üstündür. Hər cür variant mümkündür. Buna görə də yeni model üzərində ciddi şəkildə düşünmək lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevir Dram Teatrının sabiq direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevir Dram Teatrının sabiq direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Kürdəmirdə avtomobil yandı - VİDEO

Kürdəmirdə avtomobil yandı - VİDEO

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Ən etibarsız avtomobillər - SİYAHI

Ən etibarsız avtomobillər - SİYAHI

Şəmkirdə evdə yanğın - VİDEO

Şəmkirdə evdə yanğın - VİDEO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

End of content

No more pages to load

RADİO