Rüfət Əzizov: “Elm, təhsil və sənaye üçbucağının qurulması istiqamətində çox ciddi islahatlar aparılır” – VİDEO

“Azərbaycanda elmin konsepsiyası digər ölkələrdən o qədər də fərqlənməməlidir. Elmin konsepsiyası əsasən elm, sənaye və təhsilin inteqrasiyasından ibarətdir. Ola bilsin ki, ölkələrin prioritetlərinə, iqtisadiyyatlarının xüsusiyyətlərinə uyğun olaraq müxtəlif komponentlərdə, müxtəlif sahələrdə müəyyən fərqliliklər ortaya çıxsın”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov İctimai TV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” verilişində səsləndirib.

O, inteqrasiyanın vacibliyinin səbəbini izah edib:

“İlk növbədə elm nəzəri biliklər yaradıb, eyni zamanda sənayenin problemlərinin həlli ilə bağlı konkret işlər görməlidir. Yəni yaradılan nəzəri biliklərdən təhsil istifadə etməli, günün tələblərinə və əmək bazarının ehtiyaclarına uyğun kadrlar yetişdirməlidir ki, həmin kadrlar sənaye, xidmət sahəsi və cəmiyyət tərəfindən istifadə olunaraq müəyyən dəyər yaratsın. Burada əks əlaqə də mövcuddur. İqtisadiyyat nə qədər inkişaf etsə, orada nə qədər keyfiyyətli kadrlar formalaşsa, elm üçün bir o qədər yeni suallar yaranacaq.

Bu suallar üzərində işləmək zərurəti meydana çıxacaq və sənaye həmin problemlərin həlli üçün elmi maliyyələşdirməlidir.

Ümumilikdə bu üçbucağın — elm, təhsil və sənayenin qurulması vacibdir. Bu istiqamətdə son dövrlərdə çox ciddi islahatlar aparılır. İlk olaraq diqqətçəkən məqam ondan ibarətdir ki, bu islahatlar sistemli, strukturlu və planlı şəkildə həyata keçirilir. İlkin mərhələdə biz elmin təhsillə inteqrasiyasını görürük. Artıq vurğulandığı kimi, Elm və Təhsil Nazirliyi yaradılıb, nazirlik yanında müxtəlif agentliklər formalaşdırılıb. Elm və Təhsil Nazirliyi daha çox elm və təhsil siyasətinin formalaşdırılması ilə məşğuldur, agentliklər isə əsasən inzibati və dəstək xarakterli funksiyaları icra edirlər”.

Onun sözlərinə görə, elmi yeniliklər əsasən universitetlərdə və elmi tədqiqat institutlarında baş verməlidir:

“Elm və Təhsil Nazirliyi bizim yerimizə elmlə məşğul olmalı deyil. Ölkədəki elmi-tədqiqat institutları vaxtilə mövcud olan iqtisadi ehtiyaclara uyğun yaradılıb. Onların bəziləri müxtəlif binalarda yerləşsələr belə, bir-birinə çox oxşar fəaliyyət göstərir, bəzən eyni işləri təkrar edirlər.
 

Məhz buna görə də optimallaşdırma prosesinə gedildi. Yaxın sahələr üzrə fəaliyyət göstərən institutların birləşdirilməsi, orada çalışan kadrların fəaliyyətinə yenidən baxılması zərurəti yarandı. Çünki ümumi mənzərəyə baxdıqda göründü ki, bəzi institutlarda kifayət qədər elmi məhsuldarlıq yoxdur, beynəlxalq əməkdaşlıq sahəsində də gözləntiləri ödəmək baxımından problemlər mövcuddur. Düşünürəm ki, bu institutların universitetlərlə əlaqələndirilməsi və inteqrasiyası onların inkişafına ciddi töhfə verəcək. Bu, hazırda müşahidə etdiyimiz elmi inkişafla bağlı birinci əsas komponentdir.


İkinci mühüm məqam isə ondan ibarətdir ki, son dövrlərdə elmin inkişafında formalizmdən, yalnız hesabat xatirinə elmlə məşğul olmaqdan nəticə əsaslı dəyərləndirməyə keçid edilir. Bu, çox vacib addımdır. Nədir nəticə əsaslı dəyərləndirmə? Cənab Prezident də müsahibəsində qeyd etdi ki, hansı tədqiqatlar aparılır, həmin tədqiqatlar hansı jurnallarda dərc olunur, harada indekslənir və s. Bu, faktiki olaraq bu gün əlimizdə olan əsas alətdir ki, ölkə üzrə elmin həcmini və keyfiyyətinin hansı səviyyədə olduğunu müəyyən edə bilək.

Bir alimə düşən məqalə sayı, “Scopus” kimi beynəlxalq elmi bazalarda həmin məqalələrə edilən istinadların sayı, beynəlxalq həmmüəllifliklə yazılan məqalələrin ümumi məqalə sayına nisbəti, eləcə də məqalələrə olan istinadlar - bütün bunlar ölçülə bilən meyarlardır. Ümumiyyətlə, biz nəyisə ölçə biliriksə, deməli, onu müəyyən qədər düzəldə və inkişaf etdirə də bilərik”.

Rektor bildirib ki, elmin formalaşması üçün güclü təhsil sisteminin olması vacibdir:

“Təhsil elə qurulmalıdır ki, orada keyfiyyətli mütəxəssislər yetişsin və onlar sonradan elmi kadrlara çevrilsinlər. Bu istiqamətdə də son dövrlərdə çox ciddi addımlar atılıb.

Cənab Prezidentin vurğuladığı kimi, son illərdə 10 ali təhsil müəssisəsi açılıb, hazırda ölkədə ikili diplom proqramları həyata keçirilir. Dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində yaradılan bu proqramların bəziləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tətbiq olunur və biz həmin proqramların real keyfiyyətini artıq müşahidə edə bilirik.

2023-cü ildə ümumilikdə azərbaycanlı alimlərin Scopus bazasında çap etdirdikləri məqalələrin sayı 2924 idi. 2025-ci ildə isə bu rəqəm 6113-ə çatıb. Yəni cəmi iki il ərzində təxminən iki dəfəyə yaxın artım müşahidə olunur. Bu 6113 məqalənin təxminən yarısı, yəni 2970-i Q1-Q2 kvartilli jurnallarda dərc olunub ki, bu da artıq keyfiyyətli elmi nəticələr deməkdir.
 

“SABAH” qrupları artıq bir neçə ildir ki, dövlət tərəfindən maliyyələşdirilir. İkili diplom, SABAH, akreditasiyadan keçmiş beynəlxalq proqramlar - bunlar bizim universitetlərin ən yaxşı məhsullarıdır və bu proqramları bitirən gənclərimiz demək olar ki, dünyanın istənilən universitetinin məzunu ilə rəqabət apara bilirlər. 2019-2023-cü illərdə dövlət proqramı çərçivəsində doktorantura təhsili almış 284 nəfər ən yaxşı xarici universitetlərə göndərilib. Artıq onlar geri dönməyə başlayıblar.


ADNSU-ya geri gələn bütün doktorantlara biz yüksək maaş təklif edirik. Biz qabaqlar deyirdik ki, beynəlxalq elmmetrik bazaya çıxışımız yoxdur. Artıq nazirlik tərəfindən bütün universitet və yeni tədqiqat institutları üçün “Scopus”, “Web of Science”, “ProQuest Central”, “Cambridge University Press”ə girişlər açılıb. 2025-ci ildə 300-ə yaxın tədqiqatçı elmi nəticəsinə görə mükafatlandırılıb.

Yəni nəticələr ölçülür və mükafatlar verilir. Artıq mükafatlar şəxsi mülahizələr və yaxud da başqa məsələlərlə verilmir. Artıq mükafatlar nəticə əsaslı beynəlxalq meyarlara uyğun verilir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

End of content

No more pages to load

RADİO