“Sənaye problemlərin həlli üçün elmi maliyyələşdirməlidir” - Rüfət Əzizov

“Azərbaycanda elmin konsepsiyası digər ölkələrdən o qədər də fərqlənməməlidir. Elmin konsepsiyası əsasən elm, sənaye və təhsilin inteqrasiyasından ibarətdir. Ola bilsin ki, ölkələrin prioritetlərinə, iqtisadiyyatlarının xüsusiyyətlərinə uyğun olaraq müxtəlif komponentlərdə, müxtəlif sahələrdə müəyyən fərqliliklər ortaya çıxsın”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov İctimai TV-nin “Diqqət Mərkəzi” verilişində səsləndirib.

O, bu inteqrasiyanın niyə vacib olduğunu da açıqlayıb:

“İlk növbədə elm nəzəri biliklər yaradır, eyni zamanda sənayenin problemlərinin həlli ilə bağlı konkret işlər görməlidir. Yəni yaradılan nəzəri biliklərdən təhsil istifadə etməli, günün tələblərinə və əmək bazarının ehtiyaclarına uyğun kadrlar yetişdirməlidir ki, həmin kadrlar sənaye, xidmət sahəsi və cəmiyyət tərəfindən istifadə olunaraq müəyyən dəyər yaratsın. Burada əks əlaqə də mövcuddur. İqtisadiyyat nə qədər inkişaf etsə, orada nə qədər keyfiyyətli kadrlar formalaşsa, elm üçün bir o qədər yeni suallar yaranacaq. Bu suallar üzərində işləmək zərurəti meydana çıxacaq və sənaye həmin problemlərin həlli üçün elmi maliyyələşdirməlidir”.

Onun sözlərinə görə, məhz buna görə də ümumilikdə bu üçbucağın — elm, təhsil və sənayenin qurulması vacibdir:

“Bu istiqamətdə son dövrlərdə çox ciddi islahatlar aparılır. İlk olaraq diqqətçəkən məqam ondan ibarətdir ki, bu islahatlar sistemli, strukturlu və planlı şəkildə həyata keçirilir. İlkin mərhələdə biz elmin təhsillə inteqrasiyasını görürük. Artıq vurğulandığı kimi, Elm və Təhsil Nazirliyi yaradılıb, nazirlik yanında müxtəlif agentliklər formalaşdırılıb. Elm və Təhsil Nazirliyi daha çox elm və təhsil siyasətinin formalaşdırılması ilə məşğuldur, agentliklər isə əsasən inzibati və dəstək xarakterli funksiyaları icra edirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

End of content

No more pages to load

RADİO