“Qardaşım oğlu bu toyu öz pulu ilə təşkil edib” - VİDEO

“Hər bir vəzifəli şəxs ilk növbədə özünə və ailəsinə cavabdehdir. Amma hər bir kəsin qardaşı, bacısı var. Onların hər biri ayrı-ayrı yerlərdə yaşayır və ayrı təsərrüfatdır. Bir sözlə, hər kəsin nəsli-kökü böyükdür. İnsan hər bir şəxsə necə nəzarət edə bilər ki və niyə nəzarət etməlidir ki?”

Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev “TV Müsavat”a açıqlamasında qardaşı oğlunun Dubayda keçirilən dəbdəbəli toy mərasimi ilə bağlı müzakirələrdən danışarkən deyib.

O bildirib ki, İmişlinin Xəlfəli kəndində yaşayan iki qardaşı 80-ci illərdə anasının aldığı borc pulla Rusiyaya gediblər. Əvvəlcə Yekaterinburq şəhərində yaşayıblar, sonra isə Sankt-Peterburq şəhərinə köçüblər: “Onlar Rusiya vətəndaşlarıdır, övladları orada doğulub, böyüyüblər. Mən onların üzünü 3-5 ildən bir görürəm.

Öz həyatı, öz işi, biznesləri var. Qardaşlarım bu pulları hansı zülmlərlə qazanıblar, Allah bilir. Onların biznesləri, pulları məni maraqlandırmır, marağımda deyil. Toyu olan qardaşım oğlu bu məclisi öz pulu ilə təşkil edib. Bizneslə məşğuldur, atasının puluna ehtiyacı yoxdur. Xanımının ailəsi də imkanlıdır. Mən də bunları bilmirdim, sonradan dedilər”.

Millət vəkili qardaşı oğlunun toyunun təmtaraqlı keçirilməsindən də danışıb: “Toyda 50 nəfər iştirak edib. Bəyin Rusiyadan gələn dostları və qardaşımın tanıdığı insanlar iştirak ediblər. O toyda məgər Cenifer Lopez və ya Teylor Svift gəlib oxuyurdu? Orada cəmi iki müğənni olub.

Halbuki Azərbaycanda ən zəif toya 10 müğənni gətirilir. Bu toyda dəbdəbə haradadır? Bunu niyə şişirdib mənə bağlayırlar ki?! Hər kəsin qazancı özünündür. Hətta bu şəxs qardaşın olsa belə, onun pulunun sənə aidiyyəti yoxdur. Qarşılıqsız sevgini, pulu insana ancaq ata və anası verə bilər.

Yenə də deyirəm ki, bu toy dəbdəbəli olmayıb. Saat 5-də başlayıb və axşam 10-un yarısı bitib. İndi Azərbaycan toylarına baxaq. Masaya qoyulan yeməklərin 80 faizi atılır. Mən həmişə buna qarşı çıxmışam. Şadlıq evlərində səs uducunun olmamasını demişəm və deyirəm də. Mən əgər gedib toy etsəm və bu toyda israfçılığa yol versəm, insanların məni qınamağa haqqı var. Amma mənim Rusiya vətəndaşı olan və orada yaşayan qardaşıma görə cavabdeh deyiləm.

Qardaşıma ağıl vermək hüququm yoxdur və özümü ondan ağıllı hesab etmirəm. Mən biznes bacarsaydım, siyasətə də gəlməzdim və qulağım da sakit olardı. Qardaşımın oğlu özünə toy da edə bilər, hətta Marsa da uça bilər. Bu onun öz işidir”.

Qeyd edək ki, Dubayda keçirilən mərasimdən çəkilmiş kadrlar sosial şəbəkələrdə yayılıb. Məclisdə Azərbaycanın Xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov və digər tanınmış simalar səhnə alıblar. Toya aparıcılığı isə məşhur televiziya aparıcısı Nanə Ağamalıyeva edib.

Dubayın məşhur “Ritz-Carlton” hotelində keçirilən toy deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev tərəfindən təşkil edilib. Məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq atəşfəşanlıq nümayiş etdirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

End of content

No more pages to load

RADİO