Salyanda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 9 nəfər (4 qadın, 5 kişi olmaqla) hospitalizasiya olunub.
Salyan Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-ya verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.
Bizim.Media