Ölkəni bürüyən virus KABUSU - Həkimdən yayılan təhlükəli infeksiya ilə XƏBƏRDARLIQ

Bir çox insan 2026-cı ilə səhhətində ciddi problemlərlə daxil oldu. Son günlərdə, xüsusilə bayram ərəfəsində və bayram günlərində kütləvi şəkildə yayılan xəstəlik halları diqqət çəkdi.

İnsanların böyük bir qismi yüksək hərarət, güclü öskürək, halsızlıq, boğaz ağrısı və bəzən də nəfəs darlığı kimi əlamətlərdən şikayətlənirdi. Xəstəlik bir çox hallarda adi mövsümi soyuqdəymədən daha ağır keçirdi və sağalma prosesi uzanırdı.
 

Bu vəziyyət cəmiyyətdə müxtəlif narahatlıqlara və müzakirələrə səbəb oldu. Bəzi fikirlərə görə, yayılan bu infeksiya sadəcə mövsümi virus deyil, daha ağır gedişata malik yeni bir virus ola bilər. Hətta bəzi insanlar onun COVID-19-dan daha ağır simptomlara səbəb olduğunu iddia edir. Xüsusilə qısa müddətdə çox sayda insanın eyni vaxtda xəstələnməsi bu ehtimalları daha da gücləndirir.


Mütəxəssislər isə bildirirlər ki, qış mövsümündə virusların yayılması sürətlənir və immun sisteminin zəifləməsi xəstəliyin daha ağır keçməsinə şərait yarada bilər.

Bizim.Media məsələyə infeksionist Mərdan Əliyevin münasibətini öyrənib. O da təsdiqləyib ki, hazırda geniş yayılmış bir virus var:

"Payız-qış mövsümündə kəskin respirator viruslar infeksiyalar törədir. Sadə dillə desək, qripə bənzər xəstəliklər yaranır.  Bu infeksiyaların əlamətləri boğaz ağrısı, nəfəs yollarının tutulması, öskürək, qızdırma, halsızlıq və əzələ ağrılarıdır.
 

Bu simptomlar törədici virusdan asılı olaraq dəyişə bilər. Rinovirusda əsasən burun axması, asqırma, yüngül boğaz ağrısı müşahidə olunur. Ancaq Adenovirus isə daha ağırdır, yüksək hərarət ilə müşahidə olunur. 


Payız-qış mövsümündə bu viruslar geniş yayılır. Hazırda viruslardan biri yayılıb, bunun hansı olduğu analiz nəticəsində bəlli ola bilər".

Mərdan Əliyev deyir ki, yayılan virusun əlamətləri parvovirusa bənzəyir:

"Bayramda insanların toplanması, qonaq getməsi virusun daha da genişlənməsinə səbəb oldu. Hazırda əlamətlər daha çox boğaz ağrısı və yüksək qızdırmadır".

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

End of content

No more pages to load

RADİO