Qızların acı taleyi ilə bağlı REKORD RƏQƏMLƏR - Onlar niyə ailələrindən uzaq düşür?

Ötən il “Azərbaycan Uşaqları” İctimai Birliyinə 841 müraciət daxil olub. Bildirilib ki, ötən il  ərzində Birliyin nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı–Reinteqrasiya Mərkəzi” tərəfindən ümumilikdə 172 nəfər uşağa xidmət göstərilib. İl ərzində mərkəzə 71 nəfər uşaq qəbul olunub.

Onlardan 4 nəfəri oğlan, 67 nəfəri isə qızdır. Qəbul edilən azyaşlılardan 23 nəfəri cinsi zorakılığa, 25 nəfəri məişət zorakılığına məruz qalıb. 5 nəfər erkən nikah, 11 nəfər sosial baxımsızlıq, 7 nəfəri isə sosial media oyunlarının qurbanı olan uşaqlardır.
 

Qeyd edilən məlumat statistika, hesabat kimi görünsə də uşaqların acı taleyini əks etdirir. Heç bir günahı olmayan, cinayət işlətməyən uşaqlar müxtəlif səbəblərdən öz ailələri, doğmaları ilə yox, sığınacaqda yaşamağa məcbur qalıb. Qısnamaya, zorakılığa məruz qalan, sığınacağa yerləşdirilənlər arasında qızlar böyük fərqlə üstünlük təşkil edir.


Ölkəmizdə qızların təhsilinə, qadınların ictimai fəallığına nə qədər önəm verilsə də, nəticə istənilən səviyyədə deyil.

Qız uşaqlarına ögey münasibətin hələ də qalması nədən qaynaqlanır? Bunu aradan qaldırmaq üçün hansı addımlar atılır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib ki, maarifləndirmə vasitələrinin içərisində ən əsas alətimiz kütləvi informasiya vasitələri, xüsusilə televiziyalar, həmçinin, sosial şəbəkələrdir. O, bu alətlər vasitəsilə səsləndirilən fikirlərin cəmiyyətə təsir etdiyini vurğulayıb.

Sədrin sözlərinə görə, onsuz da ailələr qızlara çox da səlahiyyətlər vermir:

“Bu gün qızlar bigənəlik səbəbilə müəssisələrə düşürlər. Təkcə iki gün ərazində bizə 12-16 yaşında üç qız müraciət edib. Onlar fiziki şiddət, sevilməməzlik, ailədə olan oğlan uşağına daha çox sevginin, qayğının göstərilməsi, təhsildən yayındırma ilə bağlı müraciət edirlər. Cəmiyyətdə gördükləri xoşagəlməz təbliğat evlərə sıçradıqca, qızlara qarşı biganəlik daha da artır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

End of content

No more pages to load

RADİO