Keçən il ərzində Azərbaycanda valideyn himayəsindən məhrum olmuş 149 uşaq övladlığa verilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sosial Xidmətlər Agentliyi yayıb.
Qeyd edilib ki, həmin müddətdə 40 uşaq (2024-cü ildə 30) isə himayədar ailələrə yerləşdirilib.
Xatırladaq ki, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin və himayədar ailələrə yerləşdirilməsinin təşviqi məqsədilə işlər davam etdirilir. Həyata keçirilən tədbirlər müvafiq mexanizmlərin davamlı olaraq təkmilləşdirilməsinə, əhatə dairəsinin genişləndirilməsinə, həmçinin uşaqların institusional qayğıdan ailə əsaslı qayğıya keçidinin təmin edilməsinə, onların sağlam inkişafı və cəmiyyətə uğurlu inteqrasiyası üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. (Report.az)
Bizim.Media