Paytaxtın Nəsimi rayonunda mağazadan meyit tapılıb.
Bizim.Media xəbər verir ki, hadisə ötən gün saat 19 radələrində Məmmədcəfər Cəfərov küçəsində (metronun “Memar Əcəmi” stansiyasının yaxınlığı) baş verib.
Belə ki, Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Seymur Vaqif oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti oradakı mağazada tapılıb.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)
Bizim.Media