Smart sayğacların mexaniki ilə əvəzlənməsində ŞÜBHƏLƏR - “Azəriqaz”ın sabiq idarə rəisi SİRLƏRİ açdı

“Azəriqaz” İstehsalat Birliyinin (İB) smart sayğacları mexaniki sayğaclarla əvəzləməsi ictimai müzakirələrə səbəb olub. Rəsmi izahatlarda bu addım texniki baxımdan zərurət kimi təqdim edilsə də, abonentlərdən narazılıqlar fərqli mənzərə yaradır. Üstəlik rəsmi qurumun əməkdaşları sayğacları abonentlərin xəbəri, icazəsi və razılığı olmadan dəyişirlər.

Qeyd edək ki, “Azəriqaz” yalnız  texniki və təhlükəsizlik zərurətinə görə sayğacı dəyişə bilər, amma bu dəyişiklik rəsmi sənəd (akt) ilə təsdiqlənməlidir və abonentin imzası prosedurun bir hissəsi olmalıdır.

Hazırki prosesdə isə abonentin nəinki imzası, heç xəbəri olmadan sayğac dəyişmə prosesi həyata keçirilir.

Vətəndaşlar bildirirlər ki, mexaniki sayğac quraşdırıldıqdan sonra qaz sərfiyyatı əvvəlki dövrlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.

Bu artım real istehlakın çoxalmasıdırmı, yoxsa ölçmə mexanizmlərinin fərqli işləməsinin nəticəsidir?

Bəzi mütəxəssislər billdirirlər ki, qışda soyuq havada qazın sıxlığı artır. Smart sayğaclar bunu korreksiya edib normallaşdırır. Mexaniki sayğac isə olduğu kimi sayır bu da 5-10%, bəzən fərq yarada bilər.

Məsələ təkcə texniki detallarla məhdudlaşmır — söhbət şəffaflıqdan, abonent etimadından və ödənişlərin ədalətli hesablanmasından gedir.

“Azəriqaz” İB-nin sabiq idarə rəisi Nüsrət Qasımov isə Bizim.Media-ya açıqlamasında bununla razılaşmadığını bildirdi:

“Bu hansısa savadsız adamların düşüncəsidir. Sayğac yalnız xarab olduqda və ya müdaxilə edildikdə çox yaza bilər. Mexaniki sayğacın üstünlüyü ondadır ki, limitdə qaz qurtaran kimi dərhal onun yolunu bağlamır, imkan yaradır ki, işlədəsən. Smartda isə pul qurtaran kimi kəsilir, düşür koda. Belə olduqda da əlavə problemlər yaradır. Gərək onu koddan çıxarmaq üçün “Azəriqaz”a zəng edəsən.  Ona görə  də əhalinin bu təşvişi yersizdir”.

Qaz sayğaclarının xəbərsiz quraşdırılmasına gəlincə isə mütəxəssis qeyd etdi ki,  “Azəriqaz” bunu modernizasiya ilə əlaqələndirir amma bunun vətəndaşa heç bir xeyri yoxdur:

Normativlərə uyğun olaraq hər 15 ildən bir sayğac dəyişdirilməli, hər 5 ildən bir isə sayğacın vəziyyəti yoxlanılmalıdır. Sayğaclar könüllülük prinsipi əsasında dəyişdirilir. Dəyişdirilməzdən öncə isə abonentə mütləq xəbərdarlıq edilməlidir. Yoxlama zamanı vətəndaşın iştirakı mütləqdir. Hər hansı bir defekt aşkarlandığı halda yerindəcə aktlaşdırılmalıdır”.

Sabiq rəis diqqətə çatdırdı ki, əks halda vətəndaşın şikayət etmək hüququ var:

“Azəriqaz əməkdaşları vətəndaşı çağırıb deyirlər ki, sayğac xarab olub və ya artıq yazıb, bu qədər pul verməlisən. Ona görə də sayğac söküləndə, yaxud yoxlama zamanı abonent orada olmalıdır ki, yan müdaxilələr olmasın. Ola bilər ki, laboratoriyada özləri müdaxilə edib vətəndaşın boynuna qoysunlar. Belə mübahisəli məsələlər də çox olur”.  

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

İlk oyunundan FOTOLARINI paylaşdı

İlk oyunundan FOTOLARINI paylaşdı

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

End of content

No more pages to load

RADİO