Azərbaycanda bir sıra qəzetlərin satış qiyməti bahalaşıb.
Bizim.Media “Trend.az”a istinadən xəbər verir ki, artımlar yanvarın 5-dən başlayaraq tətbiq edilir.
Belə ki, hazırda “525-ci qəzet”i 60 qəpik artırılaraq 1 manata, “Bakı Xəbər” 20 qəpik artırılaraq 60 qəpiyə, “Novoye Vremya” 10 qəpik artırılaraq 70 qəpiyə, “Səs” 40 qəpik artırılaraq 1 manata satılır.
60 qəpiklik krosvord qəzetlərinin də qiyməti 10 qəpik artırılıb.
Bizim.Media